Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək - FOTO

Yenidən inşa edilən Ağdam dəmir yolu gün ərzində 800 – 1 000, avtovağzal isə 1 300 – 1 500 sərnişinə xidmət edəcək. Avtosfer.az xəbər verir ki, bunu "Azərtac"a açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Hacıyev bildirib. Qurum rəsmisinin sözlərinə görə, hər 2 kompleks Ağdamın müasir şəhər statusuna uyğun inkişafına xidmət edən strateji infrastruktur layihəsinə uyğun olaraq inşa olunub:
“Hər iki sərnişindaşıma kompleksi müasir və yüksək tələblərə tam cavab verəcək səviyyədədir. Dəmir yolu vağzalı gündəlik 800 – 1 000 nəfər sərnişinin daşınmasına imkan verəcək. Avtovağzal isə gündəlik 1 300 - 1 500 nəfər sərnişinə xidmət edəcək. Kompleks vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək. Ərazisi 8 hektara yaxın olan infrastruktur obyektində bütün zəruri otaqlar, həmçinin gözləmə zalları, bilet kassaları, kitabxana, mağazalar, əyləncə zonaları, restoran və istirahət guşələri yaradılıb”.
B.Hacıyev əlavə edib ki, Azərbaycanda ilk dəfə sərnişinlər üçün 3 00 metr uzunluğunda qapalı platforma inşa edilib:

“Sərnişinlərin həm qatar perronuna, həm də avtobuslar üçün nəzərdə tutulmuş dayanacaqlara rahat keçidin təmin olunması üçün xüsusi şərait yaradılıb”.
Kompleksin ərazisində avtomobillərin dayanacağı üçün müasir dayanacaq da var:
"Kompleksdə həmçinin müxtəlif növ nəqliyyat vasitələrinin servis binaları və sərnişin platforması tikilib. Ərazidə fərdi, orta və iritutumlu nəqliyyat vasitələri üçün yerüstü avtodayanacaqlar, şəhərlərarası və rayondaxili marşrutlar üzrə avtobuslar üçün perronlar, velosiped dayanacaqları, park və elektromobillər üçün elektrik doldurma məntəqəsi də yaradılıb”.





Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir











