“Airbus” 2025-ci ilin ən böyük sifarişini əldə edib: 100 ədəd “A321neo” təyyarəsi

Avropanın aviasiya nəhəngi “Airbus” bu ilin ən böyük kommersiya uğuruna imza atıb. Şirkət Vyetnam aviaşirkəti “Vietjet Air” ilə 100 ədəd “A321neo” təyyarəsinin satışı barədə müqaviləni rəsmi şəkildə təsdiqləyib. Sifarişin dəyəri təxmini 13 milyard dollar təşkil edir.
Avtosfer.az xəbər verir ki, “Airbus”ün yaydığı məlumata görə, bu, 2025-ci ildə “Airbus” üçün ən iri fərdi sifariş sayılır.
Müqaviləyə əsasən “Vietjet Air” əlavə olaraq 50 təyyarə üçün də seçim əldə edib. Hazırda şirkətin donanmasında 115 təyyarə var və onların hamısı “Airbus” istehsalıdır.
Bu sifarişlə yanaşı, “Airbus” oktyabr ayında ümumilikdə 112 yeni sifariş qəbul edib, onların arasında 12 əlavə təyyarə də var. Həmin ay ərzində şirkət 36 müştəriyə 78 təyyarə təhvil verib.
2025-ci ilin əvvəlindən etibarən, ümumilikdə 585 təyyarə 85 müxtəlif aviaşirkətə çatdırılıb. Bu, istehsal tempinin tədricən pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşdığını göstərir.
“Airbus” təchizat zəncirindəki çətinliklərə baxmayaraq, 2025-ci ildə 820 təyyarə təhvil vermək planını qoruyub saxlayır. Şirkətin məlumatına görə, oktyabr ayının sonuna kimi 32 təyyarə mühərrik çatışmazlığı səbəbilə tamamlanmamış vəziyyətdə qalıb. Bu problemlər əsasən “Pratt & Whitney və CFM” (Safran–General Electric) kimi mühərrik istehsalçılarının gecikmələri ilə bağlıdır.
“Airbus” 2025-ci ili hədəflə başa vurmaq üçün son iki ayda 235 təyyarə təhvil verməlidir. 2024-cü ildə şirkət 766 təyyarə təhvil verib. Pandemiyadan əvvəl - 2019-cu ildə bu rəqəm 863 təyyarə idi.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












