Altı tibb müəssisəsinin yanında minib-düşmə yerləri yaradılıb - FOTO

Paytaxtda sosial xidmət və tibb müəssisələrinə gələnlər üçün əlavə şəraitin yaradılması istiqamətində işlər davam etdirilir. Daha 6 ünvanda müvafiq nişanlar quraşdırılaraq taksi və fərdi nəqliyyat vasitələrinin sərnişinlərinin rahat minib-düşməsi təmin olunub.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Layihənin davamı olaraq, Sabit Orucov küçəsində (Respublika Perinatal Mərkəzinin yaxınlığında), Mehdi Mehdizadə və Fəzail Bayramov küçələrində ("Mediland Hospital"ın yanında) parklanma yerlərinin bir hissəsi ləğv olunaraq "5.14" - "minik taksilərinin duracaq yeri" və 3.28" - "durmaq qadağandır" yol nişanları quraşdırılmaqla minib-düşmə yerləri təşkil edilib.
Sözügedən nişanlar Böyük İpək Yolu küçəsində (Heydər Əliyev prospekti ilə kəsişməyə yaxın), Həsən Salmani küçəsi və Babək prospektində də yerləşdirilməklə Yeni Klinika, "Leyla Medical Centre" və "Baku Medical Plaza"ya gələnlər üçün əlavə şərait yaradılıb.
Xatırladaq ki, daha öncə paytaxtın 7 ünvanında yerləşən tibb müəssisələrinin qarşılarında minib-düşmə yerləri və taksilərin sərnişinləri düşürmələri üçün imkan yaradılıb.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR

















