Anar Əzimov yüksək vəzifəyə TƏYİN EDİLDİ - FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat olub.
Avtosfer.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı AQTA sədri Qoşqar Təhməzli əmr imzalayıb.
Əmrə əsasən, Anar Əzimov agentliyin Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Anar Əzimov 2003-cü ildən etibarən aqrar sektorun inkişafına yönəlmiş beynəlxalq layihələrin idarə olunmasında müxtəlif rəhbər vəzifələrdə çalışıb. O, Azərbaycan Hökuməti və Dünya Bankının birgə icra etdiyi "Kənd Təsərrüfatında Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi"nə uğurla rəhbərlik edib.
Karyerası ərzində 2018-2019-cu illərdə Maliyyə Bazarlarına Nəzarət Palatasında kənd təsərrüfatının maliyyələşdirilməsi üzrə ekspert kimi fəaliyyət göstərən A.Əzimov, 2021-ci ildən 2026-cı ilin yanvar ayınadək Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini vəzifəsini icra edib.
O, eyni zamanda, ADA Universitetində "Beynəlxalq maliyyə" fənni üzrə pedaqoji fəaliyyətini davam etdirir. Anar Əzimov biznesin təşkili və idarə olunması, aqronomluq və əczaçılıq sahələri üzrə geniş təhsil bazasına malikdir. O, nüfuzlu Harvard Kennedi Məktəbinin rəhbər kadrlar üçün xüsusi proqramının məzunu, həmçinin Frankfurt Maliyyə və Menecment Məktəbinin aqrar sahənin maliyyələşdirilməsi üzrə sertifikatlı ekspertidir.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












