Aşağıbüdcəli aviaşirkətlər artıq gələn ildən ayaqüstü yerlər təklif edə bilər

Aşağıbüdcəli aviaşirkətlər ayaq üstə duracaq sərnişinlər üçün nəzərdə tutulmuş yerləri 2026-cı ildə istifadəyə verə bilər. Bu, yalnız təhlükəsizlik sınaqlarından keçdikdən sonra mümkün olacaq. “Amerikan dağları” üslubunda yumşaq döşəməli bu oturacaqlar sərnişinlərə oturmağa deyil, yalnız əyilməyə imkan verir. Bu isə hər reysin sərnişin tutumunu əlavə 20 faiz artırmağa imkan yaradır.
Avtosfer.az xarici mediaya istinadla xəbər verir ki, “Skyrider” adlı ayaqüstü oturacaqlar ilk dəfə 2018-ci ildə İtaliyanın “Aviointeriors” şirkəti tərəfindən təqdim edilib. Bu oturacaqların yalnız iki saatdan az davam edən uçuşlar üçün nəzərdə tutulduğu bildirilib.
“Ryanair” şirkətinin baş direktoru Maykl O'Liri 2012-ci ildən bu ideyanı dəstəkləyir və hesab edir ki, belə yerlər üçün biletin qiyməti cəmi 1 funt sterlinq ola bilər.
Bununla belə, hələlik heç bir aviaşirkət bu cür yerləri tətbiq edəcəyini rəsmi şəkildə təsdiqləməyib.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












