Astanadan Trans-Xəzər marşrutuna çıxışı təmin edəcək avtomobil yolu çəkiləcək

Qazaxıstan hökumətinə Astanadan Arkalıq, Turqay və İrqizdən keçməklə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutuna birbaşa çıxışı olan yolun tikintisinə başlamaq tapşırılıb.
Avtosfer.az Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Milli Kurultayın iclasında çıxışı zamanı deyib.
Dövlət başçısı vurğulayıb: “Yeni avtomobil yolu ölkənin mərkəzi və qərb rayonları arasında marşrutu 560 kilometr qısaldacaq. Bu, bütün Turqay bölgəsinin inkişafına təkan verəcək irimiqyaslı layihədir”.
Onun sözlərinə görə, Arkalıqda hava limanı bərpa olunmalı və yeni aeroport kompleksi tikilməlidir.
“Bütün bunlar təkcə ölkənin nəqliyyat əlaqələrini gücləndirməyəcək, həm də Mərkəzi Qazaxıstanda kənd təsərrüfatı sahələrinin və heyvandarlığın inkişafına töhfə verəcək”, -deyə Prezident əlavə edib.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












