Avtobus daşıyıcılarının fəaliyyəti ilə bağlı yeni konsept təqdim olunub

Azərbaycanda avtobus daşıyıcılarının fəaliyyəti ilə bağlı yeni konsept təqdim olunub.
Avtosfer.az xəbər verir ki, bunu Azərbaycanda sərnişin mobilliyinin transformasiyası mövzusunda keçirilən tədbirdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev deyib.
O, qeyd edib ki, yeni konsept daşıyıcılarla brutto kontraktın bağlanılmasından ibarətdir:
"Bu barədə uzun müddət ciddi mürakirələr gedib. Təqdim etdiyimiz sistem üzrə bütün hesablamalarımız var. Sistem çox sadədir. Bu sistemə görə, daşıyıcıya dövlət tərəfindən kilometr hesabı pul ödənilir. Avropada avtobuslar brutto kontraktla işləyir. Daşıyıcı kilometr hesabı dövlətdən pulunu alır və axşam saat 12-ə qədər xidmət göstərməyə həvəsli olur. Bizim də təqdim etdiyimiz həmin sistemdir. Onun bütün hesablamaları işlənilib. Dəqiqliklə başa düşürük ki, burada xərc nə qədər olacaq və nə baş verəcək".
"Təqdim etdiyimiz sistem ölkədə siyasi olaraq da dəstəklənir. Bu istiqamətdə müvafiq dövlət orqanları ilə görüşlər keçirilib, bütün hesablamalar təqdim edilib. Amma bu, kifayət qədər ciddi maliyyə vəsaiti tələb edən bir məsələdir", - deyə A.Rzayev əlavə edib.
Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO












