Avtobuslar üçün enerjidoldurma məntəqələrinin sayı artırılacaq - AYNA

Azərbaycanda avtobuslar üçün enerjidoldurma məntəqələrinin sayı artırılacaq.
Avtosfer.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İctimai nəqliyyat şöbəsinin müdiri Emin Məcidov bildirib.
O qeyd edib ki, mobilliyin transformasiyası çərçivəsində Azərbaycanda ictimai nəqliyyatın ekoloji cəhətdən təmiz texnologiyalar əsasında işləyən texnika ilə təminatı ətraf mühitin qorunması gündəliyinə uyğun aparılır:
“Əvvəlcə paytaxtın ictimai nəqliyyat sektorunu əhatə edən parkın yenilənmə prosesi bölgələrdə də həyata keçiriləcək. Ölkəyə gətirilən yeni avtobuslar elektrikli və ya digər ekoloji təmiz enerji mənbəyi - sıxılmış qazla (CNG) çalışan mühərriklərlə təchiz olunub. 2030-cu ilə qədər müntəzəm marşrutlarda istismar olunan bütün avtobuslar elektrik mühərrikli nəqliyyat vasitələri ilə əvəz olunacaq. Bu ilin payızında Sumqayıtda istehsalına başlanılacaq elektrikli avtobuslar parkın yenilənməsini və onların bütün ölkə ərazisində geniş şəkildə istismara buraxılması prosesini daha da sürətləndirəcək. Təbii ki, paralel olaraq, bu tip avtobuslar üçün enerjidoldurma məntəqələrinin sayı da artırılacaq. Bu məqsədlə müvafiq cihazlar yalnız avtobus depolarında deyil, nəqliyyat mübadilə mərkəzlərində də quraşdırılacaq”.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












