AYNA bu küçədə səkini genişləndirib parkinqi nizamladı – VİDEO

Paytaxtın mərkəzində, Koroğlu Rəhimov küçəsində aparılan abadlıq işləri diqqət çəkib.
Avtosfer.az xəbər verir ki, Prezident iqamətgahına gedən yolun üzərində yerləşən ərazidə səkilərin genişləndirilməsinə başlanılıb.
Məlumata görə, səkilərin eni təxminən 2,5 metrə qədər artırılıb. Bununla yanaşı, səkinin sonunda yerləşən avtodayanacaq hissəsində təhlükəsizlik məqsədilə ayrıca adacıqlar da salınıb. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Koroğlu Rəhimov küçəsində başladılan dəyişikliklərin məqsədi həm piyadaların hərəkətinin təhlükəsizliyini artırmaq, həm də nəqliyyat axınını tənzimləməkdir.
Yeni səkilərin salınması ilə ərazidə piyadalar üçün daha rahat və geniş hərəkət zolağı yaranıb. Həmçinin, avtomobillərin dayanma sahələri də daha səliqəli formada təşkil olunub.
Hazırda ərazidə abadlıq və tikinti işləri davam edir.
Eltac Zülfüqaroğlu
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












