AZAL Bakıdan Vyanaya uçuşlar üçün yeni endirim aksiyasına start verib

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Avstriyanın paytaxtı Vyanaya uçuşlar üçün yeni endirim aksiyasına start verib.
Avtosfer.az AZAL-a istinadən xəbər verir ki, aksiya çərçivəsində aviabiletlərin qiyməti Bakı-Vyana-Bakı marşrutu üzrə 555 manatdan, Vyana-Bakı-Vyana marşrutu üzrə isə 299 avrodan başlayır.
Endirimli aviabiletləri 15-21 dekabr 2023-cü il tarixləri arasında əldə etmək mümkündür. Aksiya aviaşirkətin 16 yanvar–11 iyun 2024-cü il tarixlərində (yüksək tələbat dövrü istisna olmaqla) həyata keçiriləcək reyslərinə şamil olunur. Bakı ilə Vyana arasında reyslər həftədə iki dəfə — çərşənbə axşamı və cümə günləri həyata keçirilir.
AZAL-ın xüsusi təklifi zəngin tarixi memarlığı ilə seçilən və Avropa mədəniyyət və incəsənətinin beşiklərindən sayılan Vyanaya daha sərfəli qiymətlərlə səyahət etmək imkanını yaradır. Endirimli aviabiletlərin sayı məhduddur.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












