AZAL Naxçıvana reyslərin sayını artırdı

Qurban bayramı ilə əlaqədar artan sərnişin tələbatını nəzərə alaraq, Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakı–Naxçıvan–Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.
AZAL-dan Avtosfer.az-a verilən məlumata görə, 7–15 iyun tarixləri arasında bu istiqamətdə ümumilikdə 121 reys həyata keçiriləcək.
Reyslərin ən çox həyata keçiriləcəyi gün 9 iyun tarixidir — həmin gün 20 reysin icrası nəzərdə tutulur. Bu tarixdə pik sərnişin axını gözlənilir, çünki bayram günlərindən sonra vətəndaşların Bakıya geri dönüşü məhz həmin günə təsadüf edir.
Digər tarixlər üzrə reyslərin sayı belədir: 7 iyun tarixində 15 reys, 8 iyunda 14 reys, 10 iyunda 13 reys, 11 iyunda 14 reys, 12 və 13 iyun tarixlərində hər birində 12 reys, 14 iyunda 10 reys və 15 iyun tarixində 11 reys yerinə yetiriləcək.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












