Ölkə tibbində ilkə imza atıldı - Meyit üzərində kurs - VİDEO - FOTO

Azərbaycan otorinolarinqoliyası tarixində əlamətdar hadisə baş verib. Avtosfer.az xəbər verir ki, 15-16 dekabr tarixlərində ölkəmizdə ilk dəfə olaraq Rinoplastika, Endoskopik Sinus Cərrahiyyəsi və Qulaq Cərrahiyyəsi üzrə kadavra diseksiya kursu həyata keçirilib.
Azərbaycan Estetik Təbabət Assosiasiyasının (AETA) və onun Anatomiya lahiyəsi olan İCA (İnternational Cadaver Academy), Azərbaycan Rinoloqlar cəmiyyəti, Azərbaycan Otorinolarinqologiya cəmiyyəti və Türkiyənin Uluslararası Sağlık Egitimi Araştırmalar Derneğinin (USEAD) birgə keçirdiyi kursa bu sahənin həkimləri tərəfindən çox böyük maraq göstərilib.
Bu kursda iştirakçılar Rinoplastika, FESC (Funksional Endoskopik Sinus Cərrahiyyəsi) və Qulaq Cərrahiyyəsi (Otoplastika, Mirinqotomiya, Timpanostomiya, tip Timpanoplastika, Stapedektomiya, Stapedoplastika və s) üzrə nəzəri və praktiki biliklər əldə ediblər.
Bu kursun təşəbbüskarı və təşkilatçısı, Azərbaycan Rinoloqlarının Rinologiyanın İnkişafına Dəstək İctimai Biliyinin sədri Tibb Üzrə Fəlsəfə Doktoru, Həkimləri Təkmilləşdirmə İnstitutunun Otorinolarinqologiya kafedrasının assistenti Dr.Məzahir Quliyev kursun əhəmiyyətindən danışaraq qeyd edib ki, bu kurslar Azəbaycaycan tibb tarixində bir ilkdir:
“Bu gün biz otorinolarinqologiya sahəsində, yəni, qulaq-burun-boğaz cərrahiyyəsi sahəsində, həm rinoplastika, həm endoskopik sinus cərrahiyyəsi və həm də qulaq cərrahiyyəsi ilə əlaqədar olaraq xaricdən gəlmiş məsləkdaşlarımıza, həkimlərimizə kadavra üzərində kurs veririk Bu kursdan məsləkdaşlarımız fərqli şəkildə yararlana bilirlər. Həm kadavra ilə özləri işləyə bilirlər, eyni zamanda bəzi həkimlərimiz, rezidentlərimiz onları salondan izləyə bilir. Qardaş Türkiyədən tanınmış professor USEAD başkanı Selim Erbeki dəvət etmişik ki, bizimlə bərabər kursları həyata keçirsin. Azərbaycanda ilk olmasına baxmayaraq, 2 ay əvvəl bu kursu Türkiyədə USEAD Dərnəyi ilə birlikdə keçirmişik. Bu ilin 29 sentyabr-1 oktyabr tarixlərində qardaş Türkiyə Cumhuriyyətinin paytaxtı Ankara şəhərində birincisi keçirilən tədbirdə Azərbaycandan, eyni zamanda Özbəkistandan qatılan həkimlərimizə bu formatda bir kurs verdik. Kadavra üzərində işlərin ilkini orada həyata keçirmişdik. Bu eyni formatda keçirilən ikinci kurs olsa da, Azərbaycan təbabətində bu bir ilk oldu ki, həm rinoplastika, həm endoskopik sinus cərrahiyyəsi, həm də qulaq cərrahiyyəsini kadavra üzərində həyata keçirdik. Ümid edirəm ki, həm praktik cərrahlarımız üçün, həm rezidentlər və gənc həkimlərimiz üçün çox faydalı və verimli oldu. Xaricdən, xüsusən də Özbəkistandan 5 həkim bu kursa qatıldı. Bu da bizim üçün qürurvericidir ki, xarici ölkələrdən Azərbaycanımızın tibbinə maraq və diqqət var".
Türkiyəli professor Selim Erbek kursun əhəmiyyətindən danışıb: “Kadavra kursları tibb təhsilinin olduqca önəmli parçasıdır. Bu anlamda təşkilatçı İnternational Kadavra Akademiyasına, dərnəklərə, bu imkanı yaradan hər kəsə təşəkkür edirəm. Kursa qatılanların meyit üzərində rinoplastika əməliyyatı etməsinə şərait yaradıldı. Burada ayrıca olaraq, qulaqla əlaqədar xəstəlik və estetik problemlərin aradan qaldırılması ilə bağlı kurs keçirildi ki, bu da çox mühüm bir sahəni əhatə edir”. Professor Ankaradan Bakıya bu kursda iştirak üçün gəlməkdən məmnunluğunu bildirərək qeyd edib ki, kadavra kusrları tibb təlimlərinin ən vacib hissəsidir və tibb elmində təlim-tədris bitməyən prosesdir.
Kurslarla bağlı daha ətraflı məlumatı videodan ala bilərsiniz.
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
















