Azərbaycanda əhəmiyyətli avtomobil yolu bir-neçə marşrut üzrə yenidən qurulur - FOTO

Ağcabədi rayonunun Avşar-Salmanbəyli-Aşağı Avşar-Xocavənd avtomobil yolunun tikintisi ilə bağlı aparılan yenidənqurma işləri yekunlaşmaq üzrədir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata əsasən, uzunluğu 41 km olan avtomobil yolları respublika əhəmiyyətli Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə avtomobil yolundan ayrılır.
Layihəyə uyğun olaraq yol bir-neçə marşrut üzrə yenidən qurulur. Bu Avşar, Salmanbəyli, Aşağı Avşar və Xocavənd kəndlərinə gedən 27,4 km uzunluğa malik yollar, həmçinin 5,6 km Avşar, 2,9 km Salmanbəyli, 4,5 km Aşağı Avşar və 0,6 km Xocavənd kəndlərinin daxili yollarıdır.
Birbaşa olaraq vətəndaşların rahat gediş-gəlişinə maneə yaradan çatışmazlıqları aradan qaldırmaq məqsədi ilə agentlik tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb edilməklə yenidənqurma işləri sonuncu mərhələ üzrə həyata keçirilir.
Layihənin sonuncu mərhələsində yol boyu dörd avtobus dayanacağı inşa ediləcək, hərəkətin normal təşkili üçün yol boyu 72 yol nişanlı və məlumatverici lövhə, 840 təhlükəsizlik dirəklərinin və km göstəricilərinin quraşdırılması, həmçinin xətlənmə işlərinin aparılması ilə müasir yol infrastrukturu yaradılacaq.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












