Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır

Azərbaycanda hüquq-mühafizə sistemində köklü dəyişikliklərə hazırlıq gedir.
Avtosfer.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.
Həmin məlumata əsasən, Azərbaycanda Dövlət İstintaq Komitəsinin yaradılması nəzərdən keçirilir və müxtəlif qurumların istintaq səlahiyyətlərinin vahid mərkəzdə birləşdirilməsi planlaşdırılır.
Hazırda ölkəmizdə istintaq aparmaq səlahiyyəti bir neçə dövlət qurumuna həvalə olunub. Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi, eləcə də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin tərkibində ayrıca istintaq və ya ibtidai araşdırma aparan strukturlar fəaliyyət göstərir. Bundan başqa, bəzi xüsusi sahələr üzrə Dövlət Sərhəd Xidməti və Ədliyyə Nazirliyi daxilində də araşdırma səlahiyyətləri mövcuddur.
Mövcud qaydalarla istintaqın bu şəkildə parçalanmış formada həyata keçirilməsi bir sıra hallarda paralel araşdırmaların aparılmasına, səlahiyyət bölgüsündə qeyri-müəyyənliyə və koordinasiya problemlərinə səbəb olur. Məhz bu səbəbdən uzun müddətdir müzakirə edilən vahid istintaq orqanının yaradılması ideyası yenidən aktuallaşıb.
Əldə etdiyimiz məlumatlara əsasən, yaradılması planlaşdırılan Dövlət İstintaq Komitəsi Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti istisna olmaqla digər qurumların istintaq strukturlarını özündə birləşdirəcək. Bu isə xüsusilə iqtisadi və vəzifə cinayətləri, maliyyə pozuntuları və digər kateqoriyalar üzrə araşdırmaların vahid mexanizm əsasında aparılmasına imkan verəcək.
Məlumata görə, yeni model istintaq prosesində operativliyi artırmaq, resurslardan daha səmərəli istifadəni təmin etmək və hüquqi prosedurları standartlaşdırmaq məqsədi daşıyır. Eyni zamanda, istintaq orqanlarının institusional müstəqilliyinin gücləndirilməsi də əsas hədəflərdən biri kimi göstərilir.
Qeyd edək ki, oxşar təcrübə bir sıra ölkələrdə tətbiq olunur. Məsələn, Rusiyada fəaliyyət göstərən Rusiya İstintaq Komitəsi modeli istintaq funksiyalarının prokurorluq və digər qurumlardan ayrılaraq müstəqil qurumda cəmlənməsini nəzərdə tutur. Qazaxıstandakı analoji strukturlar isə istintaqın müstəqil və mərkəzləşdirilmiş formada həyata keçirilməsinə imkan yaradır.
Hələlik məsələ ilə bağlı rəsmi açıqlama verilməsə də, Dövlət İstintaq Komitəsinin yaradılması üçün qanunvericilik bazasının formalaşdırılması və müvafiq dəyişikliklərin edilməsi gözlənilir./sfera.az
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR
Laçın dağlarında böyük yol tikintisi – Görüntülər YAYILDI – VİDEO
Azərbaycanın Suriyaya yeni nəqliyyat bağlantısı yarana bilər? – 800 milyon dollarlıq layihə










