Azərbaycanlı sürücüləri gələn ilin aprelində nə gözləyir? - FOTO

Rusiya Federasiyasında sürücülük vəsiqələri ilə bağlı qanuna dəyişiklik edilib.
Avtosfer.az xəbər verir ki, dəyişiklik 1 aprel 2024-cü ildə qüvvəyə minəcək.
Yeni qanuna görə Rusiyadan kənarda sürücülük vəsiqəsi alan şəxsin (əcnəbi, apatrid və ya RF vətəndaşı) sənədi bu qanun qüvvəyə mindikdən 1 il sonra etibarsız sayılacaq. Bu tarixədək xaricdə alınmış sürücülük vəsiqələri etibarlılıq müddəti bitmədiyi təqdirdə Rusiya vəsiqəsi ilə imtahansız dəyişdiriləcək. Qərar yalnız Belarusda verilmiş vəsiqələrə şamil edilmir.
Azərbaycan vətəndaşlarına gəldikdə:
Rusiyaya səfər edən və ya yük daşımaları ilə məşğul olan, bu ölkədə yaşamayan (yaşayış icazəsi almayan) şəxslərin vəsiqələri ilə bağlı heç bir problem yoxdur. Onlar Rusiyaya yük apardıqda, şəxsi avtomobili ilə getdikdə və ya avtomobil icarəyə götürdükdə Azərbaycan Respublikasında aldıqları sürücülük vəsiqəsini istifadə edə bilərlər.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR













