“Azərpoçt” “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş poçt markasını təqdim edib - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması xüsusi tarixi və mənəvi məna daşıyır. Avtosfer.az xəbər verir ki, bu qərar Konstitusiyanın qəbul edilməsinin 30-cu, Vətən müharibəsində qazanılmış qələbənin isə 5-ci ildönümünə təsadüf etməklə dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və suverenlik dəyərlərinin daha geniş təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Bu çərçivədə həyata keçirilən tədbirlərə AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC də öz töhfəsini verərək “Konstitusiya və Suverenlik İli” poçt markasını dövriyyəyə buraxıb.
Markanın təqdimat mərasimi 5 dekabr tarixində Dövlət Bayrağı Muzeyində “Azərpoçt” MMC, Dənizkənarı Bulvar idarəsi və Dövlət Bayrağı Muzeyinin rəsmi nümayəndələrinin iştirakı ilə keçirilib. Tədbirin açılışında Dövlət Bayrağı Muzeyinin direktoru Könül İmamverdiyeva çıxış edərək tədbir iştirakçılarını salamlayıb və onlara muzey və orada sərgilənən eksponatlar haqqında ətraflı məlumat verib.
Daha sonra Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyəti sədrinin müavini Ağacan Əhmədov Dövlət Bayrağı Meydanının fəaliyyəti, meydanda aparılan təmir-bərpa işləri, eləcə də meydana göstərilən xidmət haqqında çıxış edib. Həmçinin, o, öz çıxışında Dövlət Bayrağı Meydanında dalğalanan bayrağın ölçülərinə görə iki dəfə Ginnesin Rekordlar Kitabına düşməsini də qeyd edib.
“Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev öz nitqində markanın buraxılışının həm ölkə daxilində, həm də beynəlxalq poçt məkanında gələcək nəsillərə suverenlik ruhunun və dövlətçilik mesajının çatdırılması baxımından önəmli olduğunu vurğulayıb. O bildirib ki, bu marka dövlətçiliyə sədaqətin və milli dəyərlərə bağlılığın rəmzi kimi böyük mənəvi yük daşıyır.
Tədbir çərçivəsində qonaqlar üçün muzey üzrə informativ ekskursiya təşkil olunub, milli və dövlət atributlarına həsr edilən sərgi ilə tanışlıq baş tutub. Ardınca “Konstitusiya və Suverenlik İli” mövzusuna həsr olunan markalar muzeyə hədiyyə edilib və Bayraq Meydanının inşasına dair qısa film nümayiş etdirilib.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO















