“Azərpoçt” “Postcargo”nu istifadəyə verdi

“Azərpoçt” MMC-nin təqdim etdiyi “Postcargo” xidməti İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi RİA) ilə əməkdaşlıq çərçivəsində “digital.login” ilə giriş funksionallığını istifadəyə verib.
Avtosfer.az xəbər verir ki, bu yenilik istifadəçilərə “Postcargo” hesablarına giriş prosesini sadələşdirərək həm vaxta qənaəti, həm də rahatlığı təmin edəcək.
Funksionallıqdan faydalanmaq üçün istifadəçilər https://postcargo.az/ saytına daxil olub “digital.login” vasitəsilə sürətli şəkildə şəxsi hesablarına keçid edə bilərlər. Müştərinin hesabı yoxdursa, sistem avtomatik olaraq yeni hesab yaradacaq. Mövcud hesabı olan istifadəçilər isə birbaşa sistemə daxil olaraq sifarişlərini asanlıqla idarə edə biləcəklər.
Qeyd edək ki, “Postcargo” Azərbaycanın bütün bölgələrini əhatə edən yüzlərlə poçt şöbəsi ilə müştərilərinə xidmət göstərir. ABŞ, Türkiyə və Almaniyadan alış-veriş edən hər kəs üçün bu xidmət bağlamalarının sürətli və etibarlı şəkildə çatdırılmasını təmin edir.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












