Bakı Dəmiryol Vağzalı və 28 May metrosunun qarşısındakı parkda nələr olacaq? - FOTOLAR

Tikinti və infrastruktur layihələrinin ekoloji cəhətdən qiymətləndirilməsi, ekoloji rəyin alınması sahəsində şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə növbəti ictimai dinləmə keçirilib.
Avtosfer.az xəbər verir ki, tədbirdə Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarındakı “Şamlıq parkı”nda aparılan abadlaşdırma işləri ilə əlaqədar qurumuş ağacların götürülməsi, həmçinin Xarici dairəvi yolla Nazim Hikmət küçəsinin kəsişməsində yolun genişləndirilməsi məqsədilə kiçik diametrli ağacların, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsi 4Z ünvanındakı torpaq sahəsində qeyri-yaşayış obyektinin tikintisinə maneçilik yaradan yaşıllıqların və Bakı Dəmiryol Vağzalı ilə 28 May metrosunun qarşısında inşa olunan parkda tikinti altına düşən yaşıllıqların köçürülməsi üçün rəy verilmə məsələlərinə baxılıb. Bundan əlavə, gündəliyə Nəsimi rayonu, H.Sarabski, A.Qurbanov, S.Salayev küçələrinin kəsişməsində pilot layihə çərçivəsində inşa ediləcək yaşayış və qeyri-yaşayış binalarının tikintisinə maneçilik yaradan yaşıllıqların köçürülməsi də daxil edilib.

Bakı Dəmiryol Vağzalı və 28 May metrosunun qarşısında abadlıq-quruculuq işləri aparan “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin mühəndisi Ariz İsmayılov deyib ki, layihə üzrə ərazidə tikini altına düşən yaşıllıqlar köçürüləcək. O qeyd edib ki, tikini altına düşən 10 şam ağacı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ətraf ərazilərinə köçürüləcək: “Beton hissələrə düşən yaşıllıqlar kiçik parametrli və köçürülməsi mümkün ağaclardır. Tikini zamanı həmin bölgədəki yaşıllıq ərazilərə dəyən ziyanı minimum səviyyəyə endirməyə çalışırıq. Ekoloji mühiti qorumaq üçün 2 min 400 kvadratmetr yaşıllıqlardan ibarət olan 3.5 hektar ərazini əhatə edən park tikilir. Parkda əkiləcək ağaclar Bakının iqliminə uyğun növlərdir. Burada böyük avtobus dayanacağı, eyni anda 4 ədəd elektrik enerjisi ilə işləyən avtobusların şarj edəcəyi 2 stansiya, velosiped zolağı və fontanlar da olacaq”, - deyə A.İsmayılov bildirib.

“Nəsimi rayonunun H.Sarabski, A.Qurbanov, S.Salayev küçələrinin əhatə etdiyi ərazidə pilot layihə çərçivəsində “ArchiCO” MMC tərəfindən tikilən hündür mərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisinin ikinci mərhələsi üzrə işlərin icrasına maneçilik yaradan ümumilikdə 27 ağac və 3 kol bitkisi köçürüləcək”. Bununla bağlı fikir bildirən mühəndis-konstruktoru Emil Əzizbəyov əlavə edib ki, ağacların diametri kiçikdir və köçürülməsi uyğundur: “Texniki imkanlara və mütəxəssis heyətinə malik ixtisaslaşdırılmış qurum tərəfindən müvafiq olaraq əl əməyi və xüsusi ağaççıxaran maşınların köməyi ilə yaşıllıqların nisbi sükunət dövründə köçürülərək layihədə yaşıllıq üçün nəzərdə tutulan münbit sahəyə əkiləcək, ərazi daha da abadlaşdırılacaq”, - deyə E.Əzizbəyov vurğulayıb. İctimai dinləmədə götürülən yaşıllıqlara kompensasiya olaraq Bakı şəhəri ərazisində boş ərazidə dayanıqlı suvarma sistemi ilə yaşıllıq sahəsinin salınması şərti qoyulub. Şirkət rəsmisi bu şərtlə razılaşaraq onu qəbul edib.
Gündəlik üzrə müzakirəsi aparılan bütün layihələrin rəy verilmə mərhələsində olduğu qeyd edilib. İctimai dinləmənin sonunda layihələrin icrası zamanı yaşıllıqların mühafizəsi ilə bağlı ekoloji tələblərə əməl edilmənin, Bakı və Abşeron yarımadasında yaşıllıq zonalarının artırılmasının, iqlimə xas ağac və kolların əkilməsinin, bununla bağlı suvarılma sisteminin, düzgün aqrotexniki qulluq göstərilməsinin vacibliyi bir daha diqqətə çatdırılıb.






"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












