Bakı hava limanında Yeni il müsabiqəsi: rahatlıq dünyasını kəşf edin!

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə yola düşməzdən əvvəl komfortdan zövq almaq imkanı yaradacaq Yeni il müsabiqəsi elan edir. Avtosfer.az xəbər verir ki, müsabiqədə 29 fevral 2024-cü il tarixinədək Bakı hava limanından səyahət etməyi planlaşdıran bütün sərnişinlər iştirak edə bilərlər.
Bunun üçün sərnişinlər hava limanının rəsmi Instagram səhifəsini www.instagram.com/bakuairport izləməli və müvafiq postun altında şərh yazaraq iştirakını təsdiqləməlidirlər. Müsabiqənin qalibləri Bakı hava limanının biznes zallarının unikal üstünlüklərindən, o cümlədən istirahət və iş üçün rahat şəraitdən, müxtəlif yemək, içki və digər xidmətlərdən yararlanmaq fürsəti əldə edəcəklər.
Müsabiqə haqqında ətraflı məlumatı hava limanının sosial şəbəkələrdəki rəsmi səhifələrindən, həmçinin airport.az/az/press-release/yeni-il-musabiq-si/ linkindən əldə etmək mümkündür.
Hər kəsə xoş və komfortlu səyahət arzulayırıq!
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












