Bakı Limanının yükaşırma imkanları genişləndirilir: Yeni körpü istifadəyə verildi - FOTOLAR

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı Beynəlxalq Dəniz Limanında həyata keçirilən modernləşdirmə tədbirləri çərçivəsində indiyədək istifadə olunmayan 7-ci körpü liman tarixində ilk dəfə aktiv istismara cəlb edilib. Körpünün texniki potensialının gücləndirilməsi ilə yanaşı, yük qaldırma gücü 125 ton olan yeni nəsil kran da istifadəyə verilib.
Avtosfer.az xəbər verir ki, 7-ci körpünün istismara verilməsi ilə konteyner və digər yüklər paralel şəkildə daha çevik idarə olunacaq. Bu da liman daxilində əməliyyat axınlarının balanslaşdırılmasına və pik yüklənmə dövründə fasiləsiz işləmə qabiliyyətinin təmin edilməsinə xidmət edəcək. Nəticə etibarilə, artan yük axınları daha operativ və effektiv şəkildə idarə olunacaq.
Bu nailiyyət Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində də xüsusi əhəmiyyət kəsb edir. 7-ci körpünün istismara verilməsi həmçinin Orta Dəhliz boyunca yüklərin daha sürətli, etibarlı və proqnozlaşdırıla bilən hərəkətini təmin edərək marşrutun ümumi rəqabətqabiliyyətini artıracaq və Bakı Limanının bu dəhlizdə əsas qovşaq rolunu daha da gücləndirəcək.
İtaliya istehsalı olan müasir kranın istismara verilməsi nəticəsində isə limanın mövcud infrastrukturunun imkanlarından istifadə səviyyəsi əhəmiyyətli dərəcədə artacaq, əlavə xərclərə ehtiyac olmadan ötürücülük qabiliyyəti genişlənəcək və limanın əməliyyat imkanları keyfiyyət baxımından yeni mərhələyə yüksələcək. Bu yanaşma yükaşırma proseslərinin optimallaşdırılmasına, gözləmə müddətlərinin azalmasına və terminalda dövriyyənin sürətlənməsinə imkan yaradacaq.
Kranın elektrik enerjisi ilə fəaliyyət göstərməsi 7-ci körpüdə həyata keçirilən əməliyyatların daha aşağı karbon izi ilə icrasına və enerji səmərəliliyinin yüksəldilməsinə imkan yaradaraq Bakı Limanının “Eko-Port” yanaşmasını dəstəkləyir.
Həyata keçirilən layihələr çərçivəsində limanın illik konteyner aşırma qabiliyyətinin 260 min TEU səviyyəsinə çatdırılması gözlənilir. 7-ci körpünün istismara verilməsi bu hədəfə qısa müddətdə çatmaq üçün mövcud resursların daha effektiv istifadəsini təmin edən əsas əməliyyat addımlarından biridir.
Ümumilikdə 7-ci körpünün və yeni nəsil kranın istifadəyə verilməsi limanın əməliyyat çevikliyini artırmaqla yanaşı, daha səmərəli, dayanıqlı və rəqabətqabiliyyətli logistika mərkəzinə çevrilməsinə xidmət edir. Bu isə Azərbaycanın tranzit potensialının genişlənməsinə və regionda strateji nəqliyyat qovşağı kimi mövqeyinin möhkəmlənməsinə birbaşa töhfə verir.
Bakıda bir neçə küçədə avtomobillərin hərəkəti həmişəlik qadağan ediləcək - FOTOLAR
Bakının daha bir prospekt və küçəsində velosiped zolaqları salındı - FOTOLAR
Bakıdan Tbilisiyə gedəcək qatar - FOTOLAR
İcazə sistemində DƏYİŞİKLİK - Baş nazirdən YENİ QƏRAR
Bir həftəyə Tbilisiyə qatarlar açılır - Nazirlik təsdiqlədi
Qafqazın ən böyük tunelindən kadrlar - VİDEO
Bakıda inşa ediləcək metro stansiyaları ilə bağlı YENİLİK
Azərbaycanda ilk: Ödənişi üztanıma ilə edə bilərsiniz - FOTO - VİDEO
Paytaxtın iki əsas kəsişməsində yeni svetoforlar istifadəyə verildi - FOTO
Azərbaycanda rəqəmsal xəritə ehtiyacı artır – Ekspertdən TƏKLİF
Bakı Dəmiryolu Vağzalında üztanıma ilə ödəniş tətbiq olunacaq - FOTO








