Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə əlavə texniki fasilə götürüləcək

COP29 tədbirlərinə hazırlıq çərçivəsində "Azərbaycan Dəmir Yolları" (ADY) QSC dəmiryol nəqliyyatında artacaq sərnişin tələbatını nəzərə alaraq qatarların qrafik üzrə fasiləsiz fəaliyyətinin təmin edilməsi məqsədilə Abşeron dairəvi dəmiryol xətti üzrə infrastruktura kompleks baxış keçirib.
Avtosfer.az xəbər verir ki, fəaliyyətində təhlükəsizliyə xüsusi önəm verən ADY sərnişinlərin mənzilbaşına rahat və vaxtında çatdırılması məqsədilə Bakı-Pirşağı-Sumqayıt-Pirşağı-Bakı marşrutu üzrə əlavə texniki fasilənin götürülməsini qərara alıb.
Belə ki, 30 oktyabr tarixindən 7 noyabr tarixinədək Bakı-Pirşağı-Sumqayıt-Pirşağı-Bakı marşrutu ilə qeyri-pik saatlarda hərəkət edən qatarların qrafikində dəyişiklik edilir. Dəyişikliyə əsasən, qeyd olunmuş 9 gün ərzində Bakıdan saat 09:30-da və 10:00-da, Sumqayıtdan isə 10:00-da və 11:00-da yola düşən sürət qatarlarının reysləri müvəqqəti olaraq ləğv edilir.
Götürülmüş texniki fasilə müddətində ərazidə kontakt şəbəkəsi, rabitə və işarəvermə qurğuları, o cümlədən yoldəyişənlərin tam saz vəziyyətə gətirilməsi üçün profilaktik işlər aparılacaq.
Qeyd edək ki, digər qatarların hərəkəti 16.09.2024-cü il tarixində təsdiq olunmuş hərəkət cədvəli üzrə dəyişiklik edilmədən qüvvədə saxlanılıb.
(oxu.az)
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR
Laçın dağlarında böyük yol tikintisi – Görüntülər YAYILDI – VİDEO
Azərbaycanın Suriyaya yeni nəqliyyat bağlantısı yarana bilər? – 800 milyon dollarlıq layihə
DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu
Bakıda 6 ekspres marşrut fəaliyyətə başladı - İlk və son dayanacaqlar - VİDEO
Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır - VİDEO
Naxçıvan dəmir yolu Ermənistan sərhədinə çatır: Böyük layihənin DETALLARI










