Bakıda 5 metro stansiya ilə bağlı YENİLİK

"Bakı Metropoliteni" QSC paytaxtın bir neçə stansiyasında qapıların yenilənməsi ilə bağlı növbəti texniki təmir layihəsinə start verir.
BAKU.WS-in əldə etdiyi məlumata görə, qurum "Nəsimi", "Ulduz", "Koroğlu", "Memar Əcəmi" və "Həzi Aslanov" stansiyalarında sıradan çıxmış "M" tipli qapıların demontaj və montaj işlərinin satın alınması üçün müsabiqə elan edib. Tenderin ümumi dəyəri 296 687,78 manat məbləğində qiymətləndirilir. Layihə çərçivəsində köhnəlmiş və istismar müddətini başa vurmuş qapılar sökülərək, onların yerinə yeni, təhlükəsizlik və enerji səmərəliliyi baxımından müasir standartlara cavab verən qapılar quraşdırılacaq.
Qeyd edək ki, "Bakı Metropoliteni" son illər metro stansiyalarında sərnişin təhlükəsizliyini və komfortunu artırmaq məqsədilə mühüm infrastruktur yenilənməsi layihələri həyata keçirir. Qapıların yenilənməsi bu istiqamətdə atılan növbəti addımlardan biri sayılır.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












