Bakıda daha 30 metro stansiyası yaradılır – DETALLAR

Cəlil Məmmədquluzadə küçəsində tikintisi yekunlaşmaq üzrə olan yeni metro stansiyasının yaxın vaxtlarda istifadəyə verilməsi gözlənilir. Ümumilikdə isə dövlət proqramına əsasən, paytaxtda 2030-cu ilədək 10 yeni stansiyanın inşası planlaşdırılır. Bu rəqəmin 30-a qədər çatacağı gözlənilir.
Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, Bakıda nəqliyyat sıxlığının azaldılması üçün ən effektiv addımlardan biri metro infrastrukturunun genişləndirilməsidir.
Onun sözlərinə görə, əsas məqsəd insanları şəxsi avtomobillərdən uzaqlaşdıraraq ictimai nəqliyyata yönəltməkdir:
“İctimai nəqliyyatın əsas növləri metro və avtobusdur, gələcəkdə tramvay xətlərinin də istifadəsi nəzərdə tutulur. İnsanlar nə qədər çox ictimai nəqliyyatdan istifadə etsələr, şəhərdə nəqliyyat yükü bir o qədər azalacaq. Lakin bunun üçün ictimai nəqliyyat əlçatan və cəlbedici olmalıdır. Metro stansiyalarının tikintisi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Hesab edirəm ki, bu istiqamətdə işlərin sürətləndirilməsi faydalı olar”.
Ekspert əlavə edib ki, 2030-2040-cı illər metro şəbəkəsinin inkişafı mərhələli şəkildə həyata keçiriləcək:
“Proqram üç mərhələdə icra olunacaq və nəticədə metro stansiyalarının sayının 50-dən çox olması planlaşdırılır. Bu isə Bakının təxminən 70-80 faizinin metro şəbəkəsi ilə əhatə olunmasına imkan verə bilər. Əgər paralel olaraq digər nəqliyyat layihələri də reallaşdırılsa, 70 stansiyadan ibarət metro sistemi paytaxt üçün mükəmməldir”./globalinfo
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












