Reklam

Bakıda yeni marşrut xətti açılıb: Sərnişinlər rahat avtobuslara qovuşdu - VİDEO

Yeniliklər 30 Oktyabr 2024 18:54 Oxunub 2158
Bakıda yeni marşrut xətti açılıb: Sərnişinlər rahat avtobuslara qovuşdu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtda əhalinin sıx yaşadığı ərazilərdə nəqliyyat problemləri hələ də davam edir. Bu da əhalinin mənzil başına vaxtında çatmaq məsələsinə maneəçilik yaratdığı üçün narazılığına səbəb olur.

Avtosfer.az xəbər verir ki, əvvəllər Bakının Səbail rayonu Bayıl qəsəbəsinin sakinləri də eyni problemlərlə vaxtaşırı üzləşdiyi üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) köhnə daşıyıcıya dəfələrlə xəbərdarlıq etdi. Daşıyıcıdan qarajın yenilənməsi, avtobuslara vaxtında texniki qulluq, sürücülərin psixoloji və tibbi müayinələrdən keçirilməsi, xidmət keyfiyyətinin yüksəldilməsi tələb edildi. Sonda isə xəbərdarlıqlara məhəl qoymayan daşıyıcı şirkət xətdən uzaqlşadırıldı və ötən ay AYNA tərəfindən müsabiqə elan edildi.

Belə ki, sentyabrın 5-də keçirilən müsabiqədə Bayıl qəsəbəsi Salman Mümtaz küçəsindəki marşrut xətti üzrə hüquqi şəxs “Xan Nəqliyyat” MMC qalib gəldi. Bununla da qəsəbədə 56 nömrəli şəhərdaxili avtobuslar yeniləri ilə əvəzləndi. Yeni avtobuslar 2024-cü ildə istehsal olunub. Əməkdaşlarımız yenilənən marşrut xəttinin keçdiyi dayanacaqda həm sakinlərin, həm də daşıyıcı şirkətin əməkdaşlarının fikirlərini öyrənib. Sakinlər deyir ki, yeni avtobusların əvvəlki avtobuslardan xeyli üstün cəhətləri var:

“Yeni avtobusların köhnə avtobuslardan fərqi odur ki, tez-tez avtobus gəlir, bizi incitmirlər. Təzə avtobuslar həm də təmizdir. Camaat da nə dərsinə gecikir, nə də işinə. Sürücülərin insanlarla rəftarı da qaydasındadır”.

“Əvvəlki avtobusların intervalını elə düzəltmişdilər ki, biz bilmirdik ki, işə necə gedib-gələk. Amma indi interval babatdır. İkinci bir tərəfdən, səliqə-sahman da çox yaxşıdır. Pis odur ki, bəla ondadır ki, özümüzün avtobusa minib-düşmə mədəniyyətimiz yoxdur”.

“Yaşlı adamlarıq, yoxuşu qalxa bilmirik, bu avtobusa minib rahat istədiyimiz ünvana gedə bilirik, təmizdir-səliqəlidir, avtobuslar dalbadal gəlir. Köhnə avtobuslar bizi öldürdü, interval o qədər pis idi ki, bir-birlərinin vaxtına girirdilər”.

Məktəblilər də avtobusların yeniləıri ilə əvəzlənməsindən məmnun olduqlarını bildiriblər:

“Köhnə şirkətin sürücüləri avrtobusa çox adam mindirirdi. Burda həm oturacaq sayı kifayət edir, həm də ayaq üstdə getmək üçün də şərait var və adamlar işə rahat, vaxtında gedə bilirlər”.

“Fərqi odur ki, düzü indiki avtobuslar daha balacadır, amma komfort baxımdan daha yüksək keyfiyyətlərə sahibdir. Məmnun olduğumuzu deyə bilərəm”.

“Yeni avtobuslar çox yaxşıdır. Həm tez-tez gəlir, həm də ki, əvvəlki sürücülər çox qışqırırdılar. İndiki sürücülər qışqırmır. Tez çatdırırlar camaatı adresinə, öz vaxtlarından gec işləmirlər”.

“Xan Nəqliyyat” MMC şirkətinin əməkdaşı, marşrut xəttinin dispetçeri Fədai Məsiyev deyir ki, fəaliyyətə 4 nəqliyyat vasitəsilə başlanılıb:

“Hazırda xətdə 6 avtobus işləyir. "Ças-pik" zamanı xətdəki avtobusların sayını artıra bilərik, buna imkanlarımız var. Avtobuslar bu ilin istehsalıdır. Hər günün yekununda avtobuslar qaraja daxil olur. Səhər xəttə çıxış zamanı avtobuslar yoxlanılır, təmzilənir. Sürücülər tibbi müayinədən keçdikdən sonra xəttə çıxışına icazə verilir. Sərnişinlərə yüksək keyfiyyətli xidmət üçün əlimizdən gələn bütün səyləri göstəririk”.

Marşrut xətnin sürücüləri isə yollların vəziyyətindən şikayət edirlər. Onlar infrastrukturun düzgün qurulmamasından narazı olduqlarını bildiriblər:

“Dövlətimizə də, müdiriyyətimizə də təşəkkür edirəm. Bizə belə avtobuslar təşkil ediblər, idarə etmək də çox rahatdır. Sərnişinlər də razıdırlar. Amma dayanacağımız yoxdur. Sərnişinlər də tez-tez haradasa düşmək istəyəndə yolu bağlamalı oluruq”.

Sürücülər onu da qeyd edib ki, yolları təmir edib işıqlandırılmasına diqqət edilsə, dayanacaqlar yerləşdirilsə, bu küçədə daha komfortlu hərəkət təmin edilər.

Səfər,

Hülya

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh