Bakıda yeni quraşdırılan işıqforlardakı kameraların səbəbi bilindi - FOTOLAR

Bakının bir sıra küçə və prospektlərində quraşdırılan yeni tip işıqforlar sürücülər arasında suallar yaradıb. İşıqforların üzərində yerləşdirilən kamera və sensorlara bənzər qurğuların təyinatı ilə bağlı onların radar olub-olmaması müzakirə mövzularından birinə çevrilib. Avtosfer.az xəbər verir ki, məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Ölkə.az-a bildirildi ki, bununla bağlı yaxın günlərdə ətraflı məlumat veriləcək. Kiçik araşdırmamız zamanı məlum oldu ki, sözügedən cihaz beynəlxalq praktikada işıqfora inteqrasiya olunan nəqliyyat sensoru, müşahidə kamerası kimi tanınır. Onlar adətən, sürəti ölçmür və radar prinsipi ilə işləmir. Əsas funksiyası işıqfor qarşısında neçə avtomobilin dayandığını müəyyən etmək, hansı zolaqda sıxlıq olduğunu ölçmək, həmin məlumat əsasında işıqforun fazalarını (işıqların müddətini) tənzimləməkdir. Yəni sistem avtomobili “görür”, amma cərimə yazmaq üçün yox, axını analiz etmək üçün.
Beynəlxalq təcrübədə (ABŞ, Almaniya, Türkiyə və s.) bu cür kameralar “vehicle detection camera” və ya “traffic monitoring sensor” adlanır. “Ağıllı işıqfor” sisteminin bir hissəsidir. Qeyd etmək yerinə düşər ki, bəzi müşahidə kameraları vasitəsilə bir çox sürücülərin cərimələndiyi də məlumdur.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR


















