Bakıda ayırıcı zolaq ləğv edildi - Avtobusların bu yolla hərəkətinə icazə verildi - FOTO

Əhməd Rəcəbli küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsində avtobusların marşrutları optimallaşdırılır.
Bu barədə Avtosfer.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Bildirilib ki, sözügedən ərazidə infrastrukturun yenidən təşkili ilə bağlı işlər artıq yekunlaşıb.
Bu gündən ictimai nəqliyyat yeni hərəkət sxemi üzrə fəaliyyət göstərir.
Həyata keçirilən kompleks işlər çərçivəsində:
- ayırıcı zolaq ləğv edilərək işıqforla nizamlanan yolayrıcı təşkil edilib;
- qeyd edilən yolayrıcından avtobusların Ziya Bünyadov prospekti ilə Atatürk prospekti istiqamətində hərəkətinə icazə verilib;
- əlilliyi olan şəxslər üçün panduslarla təchiz edilən piyada keçidləri təşkil olunub;
- yeni işıqforlar və yol nişanları quraşdırılıb, nişanlanma xətləri çəkilib;
- avtobusların hərəkət marşrutuna uyğun olaraq yeni dayanacaq məntəqələri quraşdırılıb.
“Nəriman Nərimanov” metro stansiyası və Atatürk prospekti istiqamətinə hərəkət etmək üçün əvvəllər geridönməni Əhməd Rəcəbli küçəsində həyata keçirən 7A, 7B, 11 və 93 nömrəli avtobuslar hazırda düzünə gedərək və sola geridönüşü bilavasitə yol kəsişməsində reallaşdıracaqlar.
Həyata keçirilən dəyişikliklər nəticəsində yuxarıda qeyd edilən marşrutlar üzrə hərəkət edən avtobusların yürüş məsafəsi 1.3 km qədər qısalıb ki, bu da onların hərəkətdə olma müddətini azı 5-7 dəqiqə azaldacaq. Gündəlik bu marşrutlardan istifadə edən 50 minə yaxın sərnişin hərəkətin yenidən təşkilində müsbət dəyişiklikləri hiss edəcək və yola sərf olunan vaxta qənaət edə biləcək.
Qeyd edilib ki, dəyişikliklər yalnız müntəzəm sərnişindaşıma xidmətləri göstərən nəqliyyat vasitələrinə aid edilir: “Bu səbəbdən şəxsi nəqliyyat vasitələrini idarə edən sürücülərdən yol nişanlarının tələblərinə riayət etmələrini xahiş edirik”.
DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu
Bakıda 6 ekspres marşrut fəaliyyətə başladı - İlk və son dayanacaqlar - VİDEO
Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır - VİDEO
Naxçıvan dəmir yolu Ermənistan sərhədinə çatır: Böyük layihənin DETALLARI
“Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq” - VİDEO
Metrodakı yenilik: "Taksilərə tələb artacaq, tıxac yaranacaq"
Belçikadakı səfirimiz geri çağırıldı - YENİ TƏYİNAT
“28 May”–“Nizami” istiqamətində yeni ekspres avtobuslar işə düşür: Gedişhaqqı açıqlandı
Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR
Bakıda fəaliyyət göstərəcək ekspres avtobusların SİYAHISI - VİDEO
Sürücüsüz avtomobillər gəlir: Təhlükəsizlik necə qorunacaq? - AYNA sədri DETALLARI AÇIQLADI











