Bakının bu ərazisində yeni bulvar salınır - FOTO

Bülbülə gölünün ətrafında yeni istirahət məkanının yaradılması istiqamətində həyata keçirilən layihə çərçivəsində abadlıq işləri davam etdirilir. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Abadlıq Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Lalə Əliyeva "İqtisadiyyat.az"a açıqlamasında bu istiqamətdə davam etdirilən işlərdən danışıb. O, köklü abadlıq üçün ilk növbədə Bülbülə gölünə illər boyu axıdılan kanalizasiya sularından təmizlənməsi layihəsinin təqdim edildiyini xatırladıb. Bildirib ki, bununla bağlı Almaniyadan müasir su təmizləyici qurğular gətirilib, mütəxəssislər dəvət edilib və çirkab sularının Hövsan kollektoruna yönəldilməsi ilə problem qismən aradan qaldırılıb.
Şöbə müdirinin sözlərinə görə, bir vaxtlar kütləvi zibilliyə və qamışlığa çevrilmiş gölətrafı ərazi təmizlənib:
"Evlərin dam örtüyü dəyişilir, kəndin içindəki yollar qaydaya salınır, yeni standartlara cavab verən işıqlandırma, bərpa-təmir və rəngləmə işləri tamamlanmaq üzrədir”.
Gölü bütünlüklə əhatə edəcək bulvara gəlincə, L.Əliyeva bildirib ki, belə böyük layihələr bir çox dövlət qurumlarının sifarişi əsasında və onlarla birbaşa əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Qeyd edək ki, ümumi sahəsi 99 hektar olan Bülbülə gölündə suyun real dərinliyi 2.50-2.80 metrdir. Gölün ətrafında yaşayış evləri var. Bəzi evlərlə göl arasındakı məsafə 10 metrdən də yaxındır. Əmircan, Bülbülə, Bakıxanov və Qaraçuxur qəsəbələrindən gündəlik 25 min kubmetr çirkab sularının axıdılması nəticəsində göldə və gölətrafı ərazidə xoşagəlməz vəziyyət yaranmışdı.Nəzərdə tutulub ki, yeni bulvarda restoranlar, kafelər fəaliyyət göstərsin, dairəvi velosiped yolu da çəkilsin. Bulvarda uşaqlar üçün meydança, yaşıllıqlar, istirahət yerləri olacaq. Yaz-yay aylarında göldə katamaran da işləyəcək. Layihəyə görə Bülbülə gölünün üzərindən körpü də salınacaq. Qısa zamanda Bülbülə bulvarı insanların əsl istirahət yerinə çevriləcək.




"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












