Bakıya da sürücüsüz taksi dövrü gəlir?

Dünya hazırda sürətlə rəqəmsal mühitə keçid edir.
Belə ki, müxtəlif peşə və ixtisaslar onlayn qaydada həyata keçirilir. Hətta yaxın gələcəkdə onlayn taksi sürücülərinin də fəaliyyət göstərə biləcəyi deyilir.
Artıq “Tesla” şirkəti yeni süni intellekt proqramı ilə ofisdən və ya evdən avtomobillərin idarə edilməsi proqramı üzərində işləyir. Əgər proqram uğurla sınaqdan keçərsə, gələcəkdə tətbiq edilə bilər. Süni intellektin köməyi ilə taksi sürücüləri rahatlıqla avtomobil idarə edə biləcəklər.
Maraqlıdır, onlayn taksi fəaliyyəti nə qədər səmərəli ola bilər?
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov açıqlamasında deyib ki, pilotsuz avtomobillər və taksilər dünyanın bir sıra qabaqçıl ölkələrində fəaliyyət göstərir:
“Əgərləri müşahidə etsəniz görərsiniz ki, dünyanın bir çox ölkələrində süni intelekt vasitəsi ilə idarə oluna bilən müxtəlif texnikalar və ya robotlardan istifadə edilir. Gələcəkdə ola bilsin ki, avtomobillərin böyük əksəriyyəti sürücüsüz olacaq. Siz avtomobili alacaqsınız, lakin onu süni intelekt idarə edəcək. Hətta siz özünüz avtomobili idarə edə bilməyəcəksiniz.
Süni intellekt vasitəsi ilə istədiyiniz ünvana avtomobil sizi çatdıra biləcək. Bu yaxın perspektivdə olmasa da, gələcəkdə gözlənilir”.
Ekspert qeyd edib ki, süni intellektin taksi sisteminə qoşulması taksi fəaliyyətini asanlaşdıracaq:
“Taksi sahəsində sürücü-sərnişin təmasını minimuma endirmək üçün onlayn taksinin olmas müsbət haldır. Lakin rəqəmsal taksi xidmətindən istifadə etmək istəyiriksə, ifrastruktur yaradılmalıdır. Əgər düzgün infrastruktur yaradılarsa, taksi sahəsində ciddi dəyişiklər baş verə bilər”.
(cebhe.info)
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq












