Bakıya yeni yükdaşıma marşrutu açılıb

Çinin şərqində yerləşən Zhejiang əyalətinin Jinhua şəhərindən Türkmənbaşı limanına ilk yük qatarı yola düşüb.
Bu barədə Avtosfer.az Türkmənistan Nəqliyyat və Kommunikasiya Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (Orta dəhliz) iqtisadi cəhətdən inkişaf etmiş Zhejiang əyalətindən (yeni nöqtədən - red.) başlayan rəsmi açılışını simvollaşdırır.
Qatar 100 standart konteynerlə yüklənib. Yükə geyim, aksesuarlar, metal ehtiyat hissələri və digər məhsullar daxildir. Qatar Türkmənbaşı limanına çatdıqdan sonra konteynerlər Xəzər dənizi vasitəsilə Bakı Limanına daşınacaq.
Yeni nəqliyyat marşrutunun Aktau limanından Bakı limanına olan logistika yükünü azaltması və Çin məhsullarının Mərkəzi Asiya ilə Mərkəzi-Şərqi Avropa bazarlarına çatdırılmasını sürətləndirməsi gözlənilir, deyə aidiyyəti qurum məlumat verir.
Məlumata görə, bu artıq Zhejiang əyalətinin Çin ilə Avropa arasında beynəlxalq dəmir yolu yükdaşımasında açdığı 26-cı marşrutdur.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












