Bəzi ödənişlər üztanıma ilə həyata KEÇİRİLƏCƏK - VİDEO

Azərbaycanda bəzi ödənişlər üztanıma ilə həyata keçiriləcək.
Avtosfer.az xəbər verir ki, bu sözləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "AzinTelecom" MMC-nin mətbuat xidmətinin əməkdaşı Amin Nəzərli deyib.
O, bildirib ki, yaxın gələcəkdə SİMA platformasına daxil olan digər bir məhsul - "SİMA Pay" vasitəsilə üz ilə ödəniş xidməti istifadəyə veriləcək. Azərbaycanda bu bir ilk olacaq. İnsanlar öz üzlərini kameraya tanıtmaqla ödəniş edə biləcəklər. Bu, ilk növbədə dəmir yollarında tətbiq ediləcək. Hər bir insan üzü vasitəsilə qeydiyyatdan keçib ödəniş kartını əlavə edəcək.
Dəmir yollarında bu sistemin tətbiqindən sonra ictimai nəqliyyatın digər növlərində, eləcə də ictimai iaşə obyektlərində də eyni prosesin reallaşdırılması planlaşdırılır.
Amin Nəzərli deyib ki, bəzi ödənişlərin üztanıma ilə həyata keçirilməsi istiqamətdə hazırlıq işlərinin görülməsinə başlanılıb.
Həmçinin qeyd olunub ki, yaxın zamanda "SİMA imza" ilə bir çox vergi xidmətlərinin elektronlaşdırılması da nəzərdə tutulur.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












