Biznes sinfin oturacaqları ilə təchiz olunmuş gecə avtobusları İSTİFADƏYƏ VERİLƏCƏK

Bu ilin payızında Avropada iri şəhərlər arasında yeni gecə avtobuslarının hərəkətə başlaması planlaşdırılır. Avtosfer.az xəbər verir ki, İsveçrənin marşrut avtobusları agentliyi “Twiliner” 2025-ci ilin noyabrında bütün qitə üzrə marşrutlar açacaq və avtobuslar İsveçrə, Lüksemburq, Belçika, Niderland və İspaniya şəhərlərində dayanacaqlar edəcək.
“Twiliner” şirkəti qısa məsafəli aviareyslərə davamlı alternativ kimi avtobus səyahətlərinə diqqəti artırıb və bu nəqliyyat vasitələrində əsasən yanacaq olaraq istifadə olunmuş yağlardan və bitki yağlarından istehsal edilən HVO dizel yanacağından istifadə edir.
Şirkətin bildirdiyinə görə, onların avtobuslarında səyahət etmək qatarla səyahət qədər ekoloji təmiz olacaq. Avtobusdakı oturacaqlar çarpayıya çevrilə biləcək ki, bu da sərnişinlərə yolda yatmaq və ya dincəlmək imkanı verəcək.
Cəmi 21 kreslo quraşdırılmış avtobuslar təyyarələrin biznes-sinif oturacaqlarını xatırladacaq.
Sərnişinlərin rahatlığı üçün yastıq və yorğan nəzərdə tutulub.
Avtobusun aşağı mərtəbəsində tualet də quraşdırılıb. Həmin mərtəbədə, həmçinin, sərnişinlərin yüngül qəlyanaltılar sifariş edə biləcəkləri snek-bar da fəaliyyət göstərəcək (Bizim.Media).
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












