BNA: Bakıda 160-dan çox küçə və prospektdə 2200-dən artıq pandus quraşdırılıb

Ölkəmizdə əlliliyi olan şəxslərin sosial müdafiəsi, onların reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir.
Bakı Nəqliyyat Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, dövlət başçısının bu istiqamətdə sosial siyasətinin tərkib hissəsi olaraq şəhər nəqliyyatında müyəssərliyin təmin olunması məqsədilə son 5 ildə çox əhəmiyyətli işlər görülüb. Bu çərçivədə 160-dan çox küçə və prospektdə 2200-dən artıq pandus təşkil edilib. Həmçinin, 10-dan artıq küçə və prospektdə “İdeal səki” layihəsi icra olunub ki, nəticədə həmin ərazilərdə əsasən görmə imkanları məhdud şəxslər üçün rahat hərəkət imkanı yaradılıb. İctimai nəqliyyatda da müyəssərliyin təmin olunması məqsədi ilə vacib addımlar atılır. Sərnişin avtobusları ilə bağlı norma və standartlarda da bu amil mütləq şəkildə nəzərə alınıb. Bu gün marşrut şəbəkəsində 1000-dən artıq avtobusda xüsusi panduslu mexanizimlərin olması da məhz bununla əlaqədardır. Eyni zamanda yeni ictimai nəqliyyat infrastrukturları yaradılan zaman da müyəssərlik əsas tələb olaraq nəzərə alınır. Bu mənada “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini göstərmək olar. Burada tam formada müyəssərlik təmin edilib. Bundan sonra yaradılacaq digər bu kimi məkanlarda da bu tendensiya saxlanılacaq.


"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












