Bolt canlı müşahidə dəstəyi ilə ilk “Video müşayiət” kateqoriyasını təqdim edir - FOTO

Bolt təhlükəsizlik sahəsində növbəti yeniliyini təqdim edir – “Video müşayiət” kateqoriyası, canlı agent dəstəyi və video müşahidə sistemi ilə ilk dəfə Azərbaycanda istifadəyə verilir. Bu yeni ride kateqoriyası səyahət zamanı real vaxtda xüsusi təlim keçmiş mütəxəssis tərəfindən izlənilən avtomobillərlə daha etibarlı və rahat təcrübə təqdim edir.
Hər Bolt “video müşayiət” sifarişi zamanı səyahət avtomobil daxilində quraşdırılmış kamera vasitəsilə canlı olaraq izlənilir. Təhlükəsizlik üzrə təlim keçmiş agent səyahət boyu sərnişinlə audio əlaqə saxlayır və zərurət yarandıqda birbaşa müdaxilə edə bilir.
Sərnişinlər istənilən anda agentlə əlaqə yarada, həmçinin ailə üzvlərini və yaxınlarını səfərin gedişatına canlı şəkildə qoşa bilərlər. Hər hansı təhlükə və ya narahatlıq yaranarsa, agent operativ şəkildə təcili xidmət orqanlarına və ya sərnişinin etibarlı kontaktına məlumat verir.
Təhlükəsizliyə yönəlmiş yeni yanaşma
Bu yenilik sərnişinlərin daha fərdi və proaktiv təhlükəsizlik gözləntilərini qarşılamaq məqsədi daşıyır. “Video müşayiət” kateqoriyası xüsusilə tək səyahət edənlər və ya yaxınları üçün sifariş verən ailə üzvləri üçün əlavə nəzarət və rahatlıq təmin edir.
Bolt Azərbaycan Baş Əməliyyat Meneceri Fərid Əbdulzadə bildirib: “Biz “video müşaiyət” kateqoriyasını sadəcə taksi xidməti kimi deyil, insanların özlərini daha təhlükəsiz və etibarda hiss etmələri üçün yaratdıq. Bəzən bu fərq kiçik görünə bilər, amma səyahət zamanı kiminsə sizi izlədiyini və diqqətdə saxladığını bilmək böyük rahatlıq yaradır. Bu, təhlükəsizlik və insan mərkəzli platforma yanaşmamızı əks etdirir.”
Video müşaiyət avtomobilləri həm daxili, həm də xarici müşahidə kameraları ilə təchiz olunub. Yazılan məlumatlar təhlükəsiz şəkildə dövlətə məxsus serverlərdə saxlanılır və yalnız rəsmi hüquq-mühafizə sorğusu olduqda təqdim edilə bilər.
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR













