“Bolt”da kuryer və sürücülər ideyaları ilə qazanc əldə edə biləcək – 1-ci yerə 10000 AZN - FOTO

“Bolt” Azərbaycanda İlk Sahibkarlıq Sürətləndirici Proqramına Start Verib.
Avtosfer.az xəbər verir ki, ölkəmizdə ilk dəfə “Bolt” taksi şirkəti həm sürücülərin, həm də kuryerlərin öz ideyaları ilə qazanc əldə etmələrinə dəstək verəcək. Bu barədə şirkətdən saytımıza məlumat verilib.
Belə ki, ”Bolt” platformasında fəaliyyət göstərən sürücülər və kuryerlərin biznes ideyalarını reallaşdırmasına dəstək olmaq məqsədilə Azərbaycanda ilk sahibkarlıq sürətləndirici proqramı – “Bolt Accelerator” proqramına start verdiyini elan edir. Proqram iştirakçılara sahibkarlığa başlamaq üçün zəruri olan bilikləri, bacarıqları, mentor dəstəyini və ilkin maliyyə vəsaitini əldə etmək fürsətinitəqdim etməklə onların inkişafını dəstəkləyəcək.
“Bolt Accelerator proqramı ilə məqsədimiz sürücü və kuryerlərimizə yalnız qazanc deyil, sahibkarlıq ideyalarını reallaşdırmaq üçün dəstək verməkdir. Onların potensialını üzə çıxarmaq və ölkəmizdə innovasiya ekosisteminin inkişafına töhfə vermək bizim üçün önəmlidir. Ən əsas isə onların uğur hekayələrinin bir hissəsi olmaqdır,” — deyə “Bolt Azərbaycan”ın Baş əməliyyat meneceri Ramil Məhərrəmov bildirib.
Proqram sürətləndirici layihələrin həyata keçirilməsində uzun illər təcrübəsi olan SUP VC şirkəti ilə tərəfdaşlıqda təşkil olunur.
“Sahibkarlıq təkcə fərdi uğur deyil, cəmiyyətin rifahı üçün də vacibdir. SUP VC olaraq bu proqramla sürücü və kuryerlərin iqtisadi dəyər yaradan ideyalarını dəstəkləyirik. Bolt ilə bu təşəbbüsün yeni biznes hekayələrinə yol açacağına inanırıq. Tərəfdaşlığın Bolt ilə olması isə simvolikdir – çünki onun CEO-su da az büdcə ilə başlayaraq uğur qazanmış bir startap nümunəsidir.”
– Rəşad Eyvazov, SUP.VC şirkətinin İcraçı Direktoru qeyd edib.
İştirak üçün istənilən sahədən olan biznes ideyası ilə 15 avqust 2025-ci il tarixinə qədər müraciət etmək mümkündür. Ən yaxşı ideyaların müəllifləri Bolt Akselerator proqramında iştirak hüququ qazanacaqlar. Burada iştirakçılar şirkət qurmaq, maliyyəni idarə etmək, marketinq strategiyası yaratmaq və müştəri cəlbi ilə bağlı praktiki biliklər əldə edəcəklər.
Proqramın növbəti mərhələsinə keçən 20 iştirakçıya sahələrinə uyğun fərdi mentorluq dəstəyi veriləcək. Sonda isə ən güclü 7 ideya maliyyə dəstəyi ilə mükafatlandırılacaq:
1-ci yer (1 nəfər) – 10,000 AZN;
2-ci yer (1 nəfər) – 7,000 AZN;
3-cü yer (3 nəfər) – 4,500 AZN;
4 -cü yer (2 nəfər) – 3,000 AZN;
Ümumi mükafat fondu: 36,500 AZN.
Qaliblər həmçinin 6 həftəlik əlavə mentorluq proqramında iştirak edəcək. Bu mərhələ ideyanın inkişaf etdirilərək real müştərilərə çatdırılmasına kömək edəcək.
Bu proqram Bolt tərəfindən Azərbaycanda ilk dəfə təqdim olunur. Bolt Accelerator indiyə qədər Nigeriya, Avropa, Keniya, Qana və Cənubi Afrikada uğurla həyata keçirilib və həmin regionlarda 30-dan çox biznes ideyasının reallaşmasına dəstək verilib.
Müraciət və ətraflı məlumat üçün: https://boltakselerator.az/
Səfər
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












