Böyükşor-Pirşağı avtomobil yolunda yerüstü piyada keçidləri inşa edilir - FOTO

Böyükşor-Pirşağı avtomobil yolunun 1,3, 6,5 və 7,7-ci kilometrlik hissələrində yeni yerüstü piyada keçidlərinin tikintisi işləri həyata keçirilir.
Bu barədə Avtosfer.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.
Məlumata əsasən, yeni avtomobil yolunun 1,3-cü kilometrlik hissəsində inşa edilən yerüstü piyada keçinin uzunluğu 46,9 metr, 6,5-ci kilometrlik hissəsində uzunluğu 42,2 metr, 7,7-ci kilometrlik hissəsində isə 47 metr təşkil edir. Keçidlərin yol səviyyəsindən hündürlüyü 5,5 metr, hərəkət hissəsinin eni isə 2,5 metr təşkil edir.
Qeyd edilib ki, layihə üzrə keçidlərdə 23,2 metr uzunluğa malik pandus hissələr də yaradılır. Pandus hissənin ümumi eni 3,8, hərəkət hissəsinin eni 1,65 metr olacaq. Piyada keçidləri aşırım və panduslar monolit d/beton möhkəmləndirilmiş süni (geocel) əsaslı bünövrələrdən, aşırım, aşırım dayaqları, pilləkənlər və pilləkən dayaqları metal konstruksiyadan ibarət olmaqla layihələndirilib. Pandus hissələr isə monolit d/beton sütunlardan, eninə və uzununa rigellərdən, hərəkət hissəsini təşkil edən tavadan ibarət olacaq.
Təhlükəsizlik səbəbi ilə hərəkət hissəsinin hər iki tərəfinə metal məhəccərlərin qoyulması da nəzərdə tutulub.




İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












