Bu ərazidə piyadaların rahatlığı və təhlükəsizliyi təmin edildi - FOTO

Daxil olan vətəndaş müraciətləri nəzərə alınaraq, Asif Məhərrəmov küçəsində piyada təhlükəsizliyi səviyyəsi artırılıb. Sıx məskunlaşmanın və təhsil müəssələrinin olduğu bu küçədə mövcud eyni səviyyəli piyada keçidində xüsusi düymə ilə idarə olunan yeni svetofor obyektləri quraşdırılıb. Bu barədə Avtosfer.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Nəticədə:
Ərazidə piyadaların, xüsusilə azyaşlı uşaqların rahatlığı və təhlükəsizliyi təmin edilib;
inşa edilmiş panduslar sayəsində əlçatanlıq təmin olunub;
svetofor dirəklərində quraşdırılmış çağırıcı qurğular və panduslara yerləşdirilmiş hiss ediləbilən (tactile) döşəmələr vasitəsilə xüsusilə gözdən əlil şəxslərin təhlükəsizliyi maksimum həddə çatdırılıb.
Hazırda bir sıra ehtiyac olan digər ərazilərdə də bu kimi, nizamlanan eynisəviyyəli piyada keçidlərinin təşkil edilməsi istiqamətində işlər aparılır.
Fərid
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
















