Bu yollarda üfüqi nişanlanma xətləri təşkil olunub - FOTO

Paytaxt yollarında nişanlanma işləri davam etdirilir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Avtosfer.az-a verilən məlumata görə, paytaxtın müxtəlif yerlərində üfüqi nişanlanma xətləri təşkil olunub:
- Xaqani, Kövkəb Səfərəliyeva, Dilarə Əliyeva, Nizami, Puşkin, Abdulla Şaiq küçələrində, eyni zamanda, Dənizkənarı küçədə (Bibiheybət məscidi yaxınlığında), Neftçilər, 20 Yanvar və Lökbatan dairələri ətrafında, 8 Noyabr prospektində üfüqi nişanlanma xətlərinin təşkili işləri davam etdirilib;
- Bakı-Sumqayıt, Bakı-Ələt, Qala yolunda, Vaqif, Gəncə, Qara Qarayev prospektlərində, Zabrat şossesində və Sabunçu körpüsündə üfüqi nişanlanma xətlərinin yenilənməsi işləri davam etdirilib;
- Aşıq Ələsgər küçəsində 50 metrlik məsafədə müvafiq üfüqi nişanlanma xətti silinərək 1.5 üfüqi nişanlanma xətti ilə əvəz edilib;
- Xocalı prospektində, Şəmsi Bədəlbəyli və Fətəli xan Xoyski küçələrində avtobus zolaqları üzrə “BUS” loqolarının təşkili işləri görülüb.
Sürücülərin diqqətinə! - Bakıda ilk dəfə bu svetaforlar quraşdırılır - FOTO
Bakının bu ərazilərində avtomobil sürmək pullu olacaq - Siyahı açıqlandı
“Qələbə” dairəsində nəqliyyat sıxlığı aradan qaldırıldı - FOTO - VİDEO
Sumqayıtın Baş planında Yaşıl dərə ilə bağlı hansı dəyişikliklər nəzərdə tutulur? – AÇIQLAMA
Yeni lüğətdə hansı sözlərə yer verilməyəcək? – AÇIQLAMA
Qaradağda yeni körpü TİKİLİR
Bakı-Qazax yolu ilə gedib-gələnlərə ŞAD XƏBƏR - VİDEO
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO













