Bülbülün nəvəsi Simfonik Orkestrinin dirijoru təyin olundu

Dahi müğənni Bülbülün nəvəsi Murtuza Bülbül Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru təyin olunub.
Avtosfer.az xəbər verir ki, Murtuza Bülbül 2001-ci ildə bəstəkar, Azərbaycanın Xalq artisti Polad Bülbüloğlunun ailəsində dünyaya gəlib. O, musiqi təhsilinə Moskvadakı Betxoven adına Uşaq Musiqi Məktəbində başlayıb.
2020-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən Akademik Musiqi Kollecini (xor dirijorluğu şöbəsi, Leonid Pavlovun sinfi), ardınca isə Moskva Konservatoriyasının opera-simfonik dirijorluq fakültəsini (Vyaçeslav Valeyevin sinfi) fərqlənmə ilə bitirib. O, həmçinin Vyana şəhərində Günter Neuholdun, Berlində isə Johannes Wilndner'in rəhbərliyi altında ustalığını təkmilləşdirib.
Murtuza Bülbülbülün dirijor kimi debütü 2015-ci ildə Bakıda Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə olub. O, Rusiya Milli Orkestri, Rusiyanın Əməkdar Kollektivi olan Sankt-Peterburq Filarmoniyasının Akademik Simfonik Orkestri, Moskva Filarmoniyasının Akademik Simfonik Orkestri, Rusiyanın Dövlət Kinematoqrafiyası Simfonik Orkestri, Moskva Gənclər Kamera Orkestri və digər nüfuzlu kollektivlərlə çıxış edib.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












