Cəlilabad Mərkəzi Xəstəxanasına yeni direktor təyinatı oldu

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyinatı aparılıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Oktay Əmənullayev təyinat alıb.
Qeyd edək ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında direktor vəzifəsini bunadək Tərlan Balışov icra edirdi.
O.Əmənullayev isə yeni təyinatından öncə Astara Rayon Mərkəzi Xəstəxanasının direktoru olub.
O, 1974-cu ildə Astara rayon Tüləgüvan kəndində anadan olub. 1992-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin I müalicə-profilaktika fakültəsinə daxil olub, 1999-cu ildə oranı həkim-anestezioloq-reanimatoloq ixtisası üzrə bitirib. 1999-2014-cü illərdə Astara RMX-də həkim-anestezioloq-reanimatoloq, 2014-cü ildən Poliklinika şöbəsinin müdiri, 2019-20-ci illərdə baş həkimin müavini vəzifəsində işləyib. 2020-ci ilin 11 mart tarixindən Astara RMX PHŞ-nin direktoru vəzifəsində çalışırdı. Ailəlidir, dörd uşağı var.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












