Cəlilabadın Göytəpə şəhərinin küçələri asfaltlanır - FOTO

Göytəpə şəhər ərazisində əhalinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə bir sıra küçə və yollarda infrastrukturun yenilənməsi istiqamətində asfaltlanma işlərinə başlanılıb. Avtosfer.az xəbər verir ki, asfaltlanma və yol infrastrukturu işləri şəhərin gələcəyinə edilən investisiyadır. Bu layihələr həm nəqliyyat sisteminin müasir tələblərə cavab verməsinə, həm də vətəndaşların gündəlik rahatlığının təmin olunmasına xidmət edir. Uzunmüddətli perspektivdə isə şəhərin daha gözəl, təhlükəsiz və yaşanılan məkana çevrilməsinə zəmin yaradır. Belə ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Göytəpə şəhər ərazisində Rövşən İsmayılov küçəsində 430 metr, İnqilab Niftullayev küçəsində 310 metr, Yusif Məmmədəliyev küçəsində 240 metr, Akif Xanışov küçəsində 315 metr və Vasif Hüseynov adına 2 saylı tam orta məktəbin həyətində asfaltlanma işləri yekunlaşıb. Savalan küçəsində 110 metr və N.Nərimanov küçəsi ilə Savalan küçəsini birləşdirən döngədə 94 metr asfalt örtüyünün çəkilməsi üçün işlər yekunlaşıb, yaxın günlərdə asfaltlanma işlərinə başlanılacaq.







"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












