Çinin elektrobus istehsalçısı Sumqayıt Kimya Sənaye Parkının rezidenti olub

Azərbaycan hökuməti ilə Çinin BYD şirkəti arasında imzalanmış Azərbaycanda elektrikli avtobus istehsalının lokallaşdırılmasına dair müqavilə çərçivəsində “Azerbaijan Energy Automotive Factory” MMC-yə Sumqayıt Kimya Sənaye Parkında rezident statusu verilib.
Avtosfer.az bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.
İnvestisiya dəyəri 29 milyon manatdan çox olan layihə çərçivəsində 600 nəfər işlə təmin ediləcək. Çinin qabaqcıl texnologiyasından istifadə ediləcək müəssisənin bu il fəaliyyətə başlaması nəzərdə tutulur.
Avtobuslar BYD markası adı altında satışa çıxarılacaq və ilkin mərhələdə 12 metr uzunluğunda olan "BYD K9UD" model avtobusların istehsalı həyata keçiriləcək. Müəssisənin illik istehsal gücü 500 ədəd avtobus təşkil edəcək.
Avtobuslar ilkin mərhələdə daxili təlabatın ödənilməsinə yönəldiləcək, növbəti mərhələdə isə ixrac ediləcək.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












