Çipli nömrələrə görə cərimə yazılacağı barədə məlumatlar yayılıb – AÇIQLAMA – VİDEO

Sosial şəbəkələrdə artıq bir neçə gündür ki, avtomobil qeydiyyat nişanlarının çipsiz verilməsi müəyyən çərçivədə ajiotaj yaradıb. Bununla əlaqədar müxtəlif versiyalar irəli sürülməkdədir. Sürücülərin bir qismi düşünür ki, yeni çipsiz qeydiyyat nişanları məcburi xarakter alacaq və bütün nəqliyyat vasitələrində bu cür nömərlərin quraşdırılması zəruri hala çevriləcək.
Avtosfer.az xəbər verir ki, ortaya atılmış şayiələrlə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev özünün sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, Çiplər vaxtilə nəqliyyat vasitələrinə dair məlumatların elektron ötürülməsi və identifikasiyası üçün nəzərdə tutulsa da, Mərkəzi İnformasiya Sisteminin yenilənməsi və müasir radar, kamera, nömrə tanıma texnologiyalarının tətbiqi nəticəsində bu funksiyaya artıq ehtiyac qalmayıb.
Hazırda təqdim edilən dövlət qeydiyyat nişanları bütün texniki və təhlükəsizlik standartlarına cavab verir. Bəzi sosial platformalarda yayılan “nömrə nişanları dəyişdirilməlidir” kimi məlumatlar həqiqətə uyğun deyil – bu cür paylaşımlara qətiyyən inanmayın!
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-ın sosial şəbəkə hesablarında canlı yayım zamanı deyib ki, yaranan vəziyyət sürücülər arasında çaşqınlıq yaradır:

“Bəzi nəqliyyat vasitəsi idarəçiləri deyir ki, qeydiyyat nişanının üstündə çip varsa, nə etmək lazımdır? Heç nə etmək lazım deyil. Siz qeydiyyat nişanını yol polisindən almısız, əgər onu standartlara uyğun formada saxlayırsızsa, bunun heç bir qadağası yoxdur, heç bir cəriməsi də nəzərdə tutulmur. Deyək ki, siz nömrəni daha əvvəl almısız, bayraq dalğalıdır, yaxud da 2000-ci illərin əvvəllərində almısız, bayraq düzünədir və çilp alt tərəfdədir. Kvadrat və düzbucaqlı nömrələrdə bu fərqlənir. İndi də yenə nömrələr həm kvadrat həm də, düzbucaqlı formalarda verilir, amma bu dəfə çipsiz verilir. Rövşən Tağıyevin də paylaşımı bununla əlaqədardır ki, sürücülər neqativ məlumatlarla özlərini aldatmasınlar. Bəzi işbazlar sosial şəbəkələrdə məlumat yayırlar ki, kimin maşınında çip varsa, ona cərimə yazılacaq, gəlin xüsusi cihazlarla o çipi götürək. Belə şeylərə qətiyyən aldanmayın, çip yerində qalsın. O nömrəni sizə dövlət verib. Nə zaman ki dövlət sizə çağırış edəcək ki, gətirin həmin nömrəni təhvil verin, dəyişməliyik, o zaman aparıb dövlətin özünə verərsiz”.
Elməddin Muradlının canlı yayımdan həmin videosunu sizə təqdim edirik:
Səfər
DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu
Bakıda 6 ekspres marşrut fəaliyyətə başladı - İlk və son dayanacaqlar - VİDEO
Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır - VİDEO
Naxçıvan dəmir yolu Ermənistan sərhədinə çatır: Böyük layihənin DETALLARI
“Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq” - VİDEO
Metrodakı yenilik: "Taksilərə tələb artacaq, tıxac yaranacaq"
Belçikadakı səfirimiz geri çağırıldı - YENİ TƏYİNAT
“28 May”–“Nizami” istiqamətində yeni ekspres avtobuslar işə düşür: Gedişhaqqı açıqlandı
Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR
Bakıda fəaliyyət göstərəcək ekspres avtobusların SİYAHISI - VİDEO
Sürücüsüz avtomobillər gəlir: Təhlükəsizlik necə qorunacaq? - AYNA sədri DETALLARI AÇIQLADI










