“Depo tikiləcək və ətrafında 1000-ə yaxın ağac əkiləcək” - FOTOLAR

“Dövlət proqramı çərçivəsində inşa edilən “Dərnəgül” elektrik deposu strateji obyektdir. Depo tikildikdən sonra ətrafında minə yaxın ağac əkiləcək”.
Avtosfer.az xəbər verir ki, bunu Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədr müavini İman Quliyev “Dərnəgül” elektrik deposunun inşası zamanı layihə altına düşən yaşıllıqlarla bağlı ictimai dinləmədə deyib.
O bildirib ki, bu layihə nəqliyyat infrastrukturunun inkişafı üçündür:
“Bununla bağlı sənədlər bizə təqdim olunub və ekspertizası keçirilib, tövsiyələr verilib. Layihənin icrası üçün plana düşən ağacların yalnız köçürülməsi olacaq. Yaşıllıq landşaftı layihədə öz əksini tapmalıdır. Əks hal mümkün deyil. Ciddi nəzarət aparılır. Çalışırıq ki, həm layihələr icra olunsun, həm də ekoloji tədbirlərə əməl edilsin”.
“Bakı Metropoliteni” QSC-nin Perspektiv inkişaf və əsaslı tikintiyə nəzarət departamentinin rəisi Aftandil Bayramov isə əlavə edib ki, deponun tikintisi aparılacaq ərazidən 460-dan çox ağac köçürüləcək və bunun əvəzində minə yaxın ağac əkiləcək.









Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR










