Deputat müdaxilə etdi, Keşlə sakinlərinin avtobus problemi həll olundu - FOTO

“Nizami rayonu Keşlə qəsəbəsinin sakinləri Babək prospekti ilə Keşlə qəsəbəsini əlaqələndirən döngədən marşrut avtobuslarının, eləcə də, sakinlərin şəxsi nəqliyyat vasitələrinin qəsəbəyə birbaşa və sərbəst girişi, həmçinin 30 nömrəli marşrut xəttinin qəsəbə ərazisində fəaliyyətinin dayandırılması ilə bağlı ciddi narahatlıq yaşayırdılar. Bu məqsədlə Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri tərəfindən sözügedən prospekt tam təhlil edilib, hərəkət iştirakçılarının təhlükəsizliyini və nəqliyyat axınının intensivliyini nəzərə alaraq Keşlə qəsəbəsinə rahat giriş-çıxışın təmin edilməsi məqsədilə təklif layihəsi hazırlanmış, aidiyyəti dövlət qurumları ilə razılaşdırılıb. Təklif layihəsinə əsasən Babək prospektinin Kamran Əfkari və Süleyman Vəzirov küçələri ilə kəsişməsində yeni nizamlanan yol ayırıcıları təşkil edilib.”
Avtosfer.az xəbər verir ki, bunu Bakı şəhəri, Nizami rayonundan deputat seçilmiş Könül Nurullayeva öz social hesabında yazıb. Deputat bildirib ki, artıq Keşlə qəsəbəsi ilə Babək prospektini əlaqələndirən K.Əfkari və S.Vəzirov küçələrində təmir-tikinti və müvafiq infrastruktur işləri artıq yekunlaşıb.
“Onu da qürurla nəzərinizə çatdırım ki, yaxın zamanda Keşlə qəsəbəsinə daxil olaraq “Neftçilər” metro stansiyası istiqamətində fəaliyyət göstərən 30 nömrəli müntəzəm marşrut xətti də istifadəyə veriləcək.”
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq


















