Dərmanların dronlarla çatdırılması üçün yeni qaydalar hazırlanır

Böyük Britaniyada qanunvericilikdə ediləcək dəyişikliklərə əsasən, dronların operatorun birbaşa görmə məsafəsindən kənarda uçmasına icazə verilə bilər.
Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, bu dəyişikliklər qəbul edilərsə, dronlar vasitəsilə uzaq bölgələrə reseptlə dərman çatdırılması, dənizdəki külək turbinlərinə və neft platformalarına texniki baxışların keçirilməsi mümkün olacaq. Hazırkı qaydalara görə, dronların yalnız operatorun birbaşa nəzarətində olması tələb olunur, bu isə onların uzun məsafələrə uçuşunu mümkünsüz edir.
Yeni qaydaların 2026-cı ildən etibarən qüvvəyə minməsi nəzərdə tutulur. Bu da ilk mərhələdə əsasən uzaq, sıxlığın az olduğu ərazilərdə və açıq su sahələri kimi aviasiya mühitlərində tətbiq ediləcək.
Yeni qaydalar qəbul edilərsə, Britaniyada dronların səhiyyə sistemində istifadə imkanları genişlənəcək və bu texnologiya bir sıra sahələrdə operativliyi əhəmiyyətli dərəcədə artıracaq.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












