"Distribütordan da avtomobil alanda ona güzəştlər edilsin" - AÇIQLAMA

Bakıda maşın qəbirstanlığı (avtoşrot və ya metal tullantılarının təkrar emalı məntəqələri) əsasən avtomobillərin ehtiyat hissələrinin satışı və təkrar emalı üçün fəaliyyət göstərən yerlərdir. Əhmədli tərəfədə, Masazır, Binəqədi ərazilərində, Ramana qəsəbəsində belə yerləri tapmaq mümkündür. Rəsmi təkrar emal mərkəzləri arasında Balaxanı tullantı zavodu var. Burada metal tullantıların utilizasiyası həyata keçirilir.
Bəs bu yerlərdəki maşınların taleyi necə olacaq?
Mövzu ilə əlaqədar nəqliyyat eksperti Eldəniz Cəfərov açıqlamasında bildirdi ki, köhnə, atılmış, yararsız və yaxud sahibi olmayan maşınlar mərhələli şəkildə utilizasiyaya gedəcək:
"Utilizasiya proqramına artıq başlanılıb, bunu həyata keçirmək üçün xüsusi portal da yaradılıb. Vətəndaş portala daxil olaraq özü və utilizasiyaya vermək istədiyi avtomobil haqqında məlumatları qeyd edir, daha sonra utilizasiya həmin avtomobili alır və s. Təxminən 45 avtomobil utilizatorlara göndərilib. Utilizatorlar həmin minik avtomobili sahiblərinə təxminən 1500 manat civarında təsdiq sənədi verirlər. Həmin sənəd vasitəsilə avtomobilini utilizasiyaya verən şəxs yerli sənayedə yeni istehsal olunan avtomobil alarkən həmin məbləğ ona güzəşt edilir. Əgər vətəndaş avtomobil almaq istəmirsə, həmin məbləğin 70 faizi ona nağd olaraq utilizator tərəfindən ödənilir".
Bəs sahibsiz, tullanmış avtomobillərin vəziyyəti necə olacaq?
Ekspert bu barədə Türkiyə təcrübəsindən misal çəkdi:
"Belə ki, Türkiyədə əgər avtomobil qəza edib, cərimə meydançasında, yaxud hardasa qalıb və sahibi də tapılmırsa, eyni zamanda faktiki olaraq avtomobil uçotdan çıxarılmayıbsa, utilizasiyaya getməzdən öncə ilk növbədə dövlət yol polisində uçotdan çıxarılmalıdır. Həmin avtomobilin sahibinin varisləri axtarılıb tapılır, ona xüsusi məktub ünvanlanır. Bildirilir ki, 3 ay ərzində həmin tullanmış avtomobili meydançadan götürsünlər. Götürməsələr, dövlətin hüququ var ki, həmmin avtomobili öz hesabına utilizasiyaya göndərsin. Cavab gəlməyəndə isə məcburi şəkildə utilizasiyaya göndərilir. Azərbaycanda da bunu tətbiq etmək mümkündür".
E.Cəfərovun sözlərinə görə, yaxşı olardı ki, utilizasiyaya verilən məbələğin qiyməti artırılsın:
"Bu, daha çox vətəndaşları prosesə həvəsləndirərdi. Utilizasiyaya avtomobili verən şəxsə vauçer verilir ki, o, yerli istehsal avtomobil alsın. Biz təklif edirik ki, ölkədə fəaliyyət göstərən rəsmi distribütordan da avtomobil alanda ona güzəştlər edilsin".
(redaktor.az)
Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO












