Dünyanın ən hündür körpüsü istifadəyə verilib - FOTO

Çinin cənub-qərbindəki Quycou əyalətində 3 il ərzinə inşa edilmiş dünyanın ən hündür körpüsü istifadəyə verilib. Avtosfer.az xəbər verir ki, Beypan çayının üzərində, Huacin Böyük kanyonunda tikilən körpü çaydan 625 metr yüksəklikdə yerləşir. Onun hündürlüyü San-Fransiskodakı “Qızıl qapı” (“Golden Gate”) körpüsündən təxminən 9 dəfə, Eyfel qülləsindən isə 2 dəfə çoxdur. Körpü kanyonun 2 tərəfi arasındakı məsafəni 2 saatdan cəmi 2 dəqiqəyə endirib. Ümumi uzunluğu 2 min 890, asma hissəsinin uzunluğu 1420 metr olan Huacin Böyük kanyonu körpüsü həm də dünyada dağlıq ərazidə inşa edilən ən uzun asma körpüdür.
Qeyd edək ki, əvvəlki ən hündür körpü də Quycou əyalətində Beypan çayının üzərindədir. Ginnesin Rekordlar Kitabına düşən həmin “Beypancian” körpüsü çaydan 565,4 metr yüksəklikdə yerləşir. Quycodua dağlıq ərazilərdə 30 mindən çox körpü var. Bunlardan 3-ü dünyada ən hündür körpülərdir. Ümuniyyətlə, dünyadakı ən hündür 100 körpünün yarısı Quycou əyalətindədir.


İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












