"Fitch": 2021-ci ildə qlobal aviaşirkətlərin fəaliyyəti nisbətən yaxşılaşacaq

"Fitch Ratings" beynəlxalq agentliyi 2021-ci ildə qlobal aviaşirkətlərin fəaliyyətinin COVID-19 pandemiyasının pik dövrü ilə müqayisədə yaxşılaşacağını, lakin tam bərpa ola bilməyəcəyini güman edir.
"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, müxtəlif regionlarda xəstələnənlərin artan sayı və hava səyahəti məhdudiyyətləri sərnişin axınını ən azı 2021-ci ilin birinci yarısı boyu aşağı səviyyədə saxlayacaq. "Fitch" gələn ilin III rübündən başlayaraq yaxşılaşma proqnozlaşdırır və bu prosesin ilin sonunadək davam edəcəyini bildirir. Bundan əlavə, COVID-19-a qarşı peyvəndin kütləvi istifadəsi nikbin proqnozlar üçün güclü zəmin yaradır.
Agentlik qeyd edir ki, gələn il proqnozlaşdırılan irəliləyişə baxmayaraq, bir sıra nisbətən kiçik və kapitallaşması zəif olan aviaşirkəti müflisləşmə gözləyir.
Xatırladaq ki, bundan əvvəl "Fitch" qlobal hava sərnişin axınının 2024-cü ilin sonunadək COVID-19 pandemiyasından əvvəlki səviyyəyə qayıda bilməyəcəyini ehtimal edirdi.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












