Fuad Nəcəfliyə yüksək vəzifə verildi

Ötən il vəzifəsindən azad edilən Fuad Nəcəfliyə yeni vəzifə verilib.
Avtosfer.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi kimi çalışmış sözügən şəxs Azərbycanın aparıcı neft-kimya şirkəti olan STP Şirkətlər Qrupunda yeni posta sahiblənib.
Belə ki, o, şirkətin rəhbərinin müşaviri təyin olunub. Məlumatda deyilir ki, yeni təyinat bu günlərdə gerçəkləşib.
Xatırladaq ki, Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad ediləndən sonra onunla bağlı çeşidli məlumatlar yayılmışdı. Hətta Nəcəflinin barəsində cinayət işinin açıldığı iddia olunurdu.
Məlumat üçün bildirək ki, STP Şirkətlər Qrupu – enerji, inşaat, neft-qaz və kənd təsərrüfatı sektorları üçün məhsullar istehsal edən ixtisaslaşmış zavodları birləşdirən böyük sənaye kompleksidir./Tribuna.az/
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












