Gəncənin daxili yollarının əsaslı təmiri işləri yekunlaşmaq üzrədir - FOTO - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Gəncə şəhərinin daxili yollarının əsaslı təmirini yekunlaşdırmaq üzrədir.
Avtosfer.az agentliyə istinadən xəbər verir ki, təmir olunan küçə və prospektlərin ümumi sahəsi 1 milyon kvadratmetrdən çoxdur.
Ümumilikdə 76 küçə və prospektdə təmir işləri aparılır. Layihə çərçivəsində köhnə asfalt-beton örtüyü sökülüb, zəruri sahələrdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əks dolğu işləri aparılıb və optimal qırmadaş, qum-çınqıl qarışığından ibarət yeni yol əsası inşa edilib. Bu mərhələlərin tamamlandığı küçələrdə asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur və bu işlər artıq yekunlaşmaq üzrədir.
Eyni zamanda, vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mövcud piyada səkiləri bərpa olunub, yeni səkilər inşa edilib və kənarlarına səki daşları düzülüb.
"İnşaat Norma və Qaydaları"na uyğun olaraq, təmir olunan ərazilər boyunca yeraltı kommunikasiya xətlərinə aid baxış qapaqları layihə hündürlüyünə qaldırılıb və yenilənib. Bununla da müasir yol infrastrukturu formalaşdırılır.
Gəncədə yol infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi istiqamətində həyata keçirilən təmir-tikinti işləri, vətəndaşların təhlükəsiz və komfortlu hərəkətini təmin edəcək.







"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












